Tenqri
Ana Səhifə
Dünya

Bakı metrosu: WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər

Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən bildirilib Məlumata əsasən, metroda ödəniş üçün "BakıKart", həmçinin mobil tətbiqlər, QR bile

0 baxışreport.az
Bakı metrosu: WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər
Paylaş:

Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən bildirilib Məlumata əsasən, metroda ödəniş üçün "BakıKart", həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə həyata keçirilə bilər Qeyd edilib ki, Bakı metropolitenində NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29 %-ni təşkil edir Yeniliyin tətbiqi "K-Group" MMC (BakıKart) şirkəti və banklarla əməkdaşlıq çərçivəsində həyata keçirilib Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi məkana ən yaxın metro stansiyası "Koroğlu"dur. Metro hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti də mövcuddur Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Bakı metrosu: WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər | Tenqri