"Bakı İtaliya üçün ixrac qaz həcmlərini artıra bilər" - İlham Şaban
"İtaliya Baş naziri İrəvanda tədbir iştirakçıları üçün təşkil edilmiş şam ziyafətinə qalmadı, Bakıya gəldi. Çünki burada QAZLI danışıqlar da, sövdələşmələr də daha realdır" Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, bu yaxınlarda Qəbələyə səfə

"İtaliya Baş naziri İrəvanda tədbir iştirakçıları üçün təşkil edilmiş şam ziyafətinə qalmadı, Bakıya gəldi. Çünki burada QAZLI danışıqlar da, sövdələşmələr də daha realdır" Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, bu yaxınlarda Qəbələyə səfər edən Çexiya Baş naziri də Azərbaycandan ildə 2 mlrd m3 qaz almaq məsələlərinə diplomatikcəsinə toxunmuşdu. Rəsmi Praqa bildirmişdi ki, Azərbaycan tərəfi ilə danışıqlar gedir, amma yekunlaşmayıb: "Məncə, rəsmi Bakı İtaliya üçün ixrac qaz həcmlərini artıra bilər. Ötən il İtaliya Azərbaycandan TAP kəməri vasitəsi ilə 9,5 mlrd m3 qaz idxal edib (İtaliya qaz bazarında Azərbaycanın payı 16% təşkil edib). Bu baxımdan Azərbaycan "Abşeron-2" layihəsi üzrə qazın çıxarılmasını (2029-cu ilin sentyabrına gözlənilir) gözləmədən bunu edə bilər. Nəyin hesabına? İki real mənbə var: bu yaxınlarda "Azəri-Çıraq-Günəşli" blokundan çıxarılması gözlənilən ilk təbii qaz və "yaşıl enerji" mənbələri üzrə elektrik enerjisi artdıqca, elekrrik enerji sektorunda qənaət ediləcək qaz həcmlərindən"

