Tenqri
Ana Səhifə
Dünya

Bakı şəhərinin inkişafında landşaft-ekoloji karkas və yaşıl dəhlizlərin rolu

Azərbaycan Respublikası və Bakı şəhərinin gələcək inkişaf dinamikasında landşaft-ekoloji karkasın formalaşdırılması, yaşıl və hibrid dəhlizlərin inkişafı ekosistemin ekoloji dayanıqlığının təmin edilməsində böyük rol oynayır. Landşaft-ekoloji karkas müasir şəhərsalma və şəhərin landşaft memarlığı di

0 baxışazertag.az
Bakı şəhərinin inkişafında landşaft-ekoloji karkas və yaşıl dəhlizlərin rolu
Paylaş:

Azərbaycan Respublikası və Bakı şəhərinin gələcək inkişaf dinamikasında landşaft-ekoloji karkasın formalaşdırılması, yaşıl və hibrid dəhlizlərin inkişafı ekosistemin ekoloji dayanıqlığının təmin edilməsində böyük rol oynayır. Landşaft-ekoloji karkas müasir şəhərsalma və şəhərin landşaft memarlığı dizaynının təşkili və idarə olunmasında vacib elementlərdən biridir Bu barədə AZƏRTAC-a açıqlamasında coğrafiya elmləri doktoru dosent Mirnuh İsmayılov deyib. Alim ekoloji karkasın məkan strukturu, ekosistem xidmətlərindəki rolu və onun əsas struktur elementləri haqqında elmi əsaslandırmaları şərh edib. Qeyd edib ki, bu sistem şəhər ərazilərində təbii tarazlığın qorunmasına, yaşıllıq sahələrinin səmərəli idarə olunmasına və ekoloji risklərin minimuma endirilməsinə xidmət edir Alim, eyni zamanda, əhalinin sayının artması, tikinti sıxlığının yüksəlməsi və bununla bağlı yaranan ekoloji problemləri xüsusi vurğulayıb. Qeyd edib ki, dayanıqlı inkişaf prinsipləri əsasında şəhər məkanının səmərəli təşkili, biomüxtəlifliyin qorunması və ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində elmi yanaşmalar təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Bakı şəhərinin inkişafında landşaft-ekoloji karkas və yaşıl dəhlizlərin rolu | Tenqri