"Bakı Fond Birjası"nın dövriyyəsi 15,4 mlrd. manat olub
Bu ilin yanvar–aprel aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 15,4 milyard manat təşkil edib “APA-Economics” bu barədə BFB-yə istinadən xəbər verir Hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 8 082 təşkil edib. Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 506,3

Bu ilin yanvar–aprel aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 15,4 milyard manat təşkil edib “APA-Economics” bu barədə BFB-yə istinadən xəbər verir Hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 8 082 təşkil edib. Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 506,3 milyon manat, Mərkəzi Bankın (ARMB) notları üzrə bağlanmış əqdlərin həcmi 454,6 milyon manat, korporativ qiymətli kağızların həcmi isə 168,9 milyon manat, ipoteka istiqrazlarının həcmi isə 307,5 milyon manat olub Birjada ən böyük dövriyyə isə repo əməliyyatlarının payına düşüb. Belə ki, yanvar–aprel aylarında bu alətlər üzrə bağlanmış əqdlərin ümumi həcmi 13 milyard 986,4 milyon manat təşkil edib

