Tenqri
Ana Səhifə
Dünya

® “Bakı Enerji Həftəsi” çərçivəsində “Caspian Energy” jurnalı 2871 ziyarətçiyə təqdim edilib

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” zamanı dövlət rəsmilərinə, yerli və xarici dövlət qurumlarının və transmilli şirkətlərin rəhbərlərin

0 baxışazertag.az
® “Bakı Enerji Həftəsi” çərçivəsində “Caspian Energy” jurnalı 2871 ziyarətçiyə təqdim edilib
Paylaş:

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” zamanı dövlət rəsmilərinə, yerli və xarici dövlət qurumlarının və transmilli şirkətlərin rəhbərlərinə, biznes dairələrinin nümayəndələrinə, eləcə də müxtəlif ölkələrdən olan qonaqlara “Caspian Energy” jurnalının yeni buraxılışı təqdim olunub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib Jurnalın xüsusi buraxılışında “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft kəmərinin 20 illik fəaliyyətinə dair ətraflı icmal təqdim olunub. Qeyd edilib ki, 2006-cı ilin iyun ayından 2026-cı ilin martınadək bu strateji enerji dəhlizi vasitəsilə təxminən 626 milyon ton (4,7 milyard barel) neft ixrac olunub, 6 210 tanker yüklənməsi həyata keçirilib, istismar quyularının sayı 145-dən 149-a yüksəlib. Eyni zamanda “Mərkəzi Azəri” platformasında sutkalıq ən yüksək hasilatın 89,8 min barel səviyyəsinə çatıb Buraxılışda beynəlxalq əməkdaşlıq və geoiqtisadi inteqrasiya mövzuları da geniş işıqlandırılıb. Litvanın Baş naziri Inqa Ruginiene eksklüziv müsahibəsində Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında körpü rolunu xüsusi vurğulayaraq nəqliyyat, logistika və enerji əməkdaşlığının strateji əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin “Rail Baltica” layihəsi çərçivəsində infrastrukturun mərhələli şəkildə genişləndirildiyini və 2030-cu ilədək tam istifadəyə verilməsinin planlaşdırıldığını bildirib Qazaxıstanın energetika naziri Erlan Akkenjenov SOCAR ilə “KazMunayGas” şirkəti arasında əməkdaşlığın BTC marşrutu üzrə dayanıqlı tranzit modelinin inkişafında mühüm rol oynadığını vurğulayıb Eyni zamanda “Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsü çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında birgə müəssisənin yaradıldığı və layihənin texniki-iqtisadi əsaslandırmasının beynəlxalq maliyyə institutlarının dəstəyi ilə tamamlanmaq üzrə olduğu qeyd edilib Avstriyanın İqtisadiyyat, Energetika və Turizm naziri Volfqanq Hattmansdorfer Azərbaycanın və Qazaxıstanın Avropa üçün enerji təhlükəsizliyi, kritik xammal və yaşıl enerji sahələrində strateji tərəfdaşlar olduğunu bildirib “Caspian Energy” jurnalının baş redaktoru Natalya Susel-Əliyevanın “Xəzər Regionu: Diplomatik və Strateji İcmal” başlıqlı analitik yazısında regionlararası iqtisadi göstəricilər işıqlandırılıb. Təhlilə əsasən, Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 2025-ci ildə 800 milyon ABŞ dollarını ötüb, 2026-cı ilin ilk rübündə isə 264,7 milyon dollar təşkil edib. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 3,7 milyard dollara çatıb. Eyni zamanda Qazaxıstan və Rusiya arasında ticarət dövriyyəsi 2025-ci ildə 27,4 milyard dollar səviyyəsinə yüksəlib Xüsusi buraxılışda, həmçinin Özbəkistan Respublikasının Rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov ilə müsahibə də yer alıb. Nazir bildirib ki, ölkə startap ekosisteminin, süni intellekt texnologiyalarının və rəqəmsal təhsilin inkişafına xüsusi önəm verir və Mərkəzi Asiyanın aparıcı İT mərkəzlərindən birinə çevrilməyi hədəfləyir Cənubi Afrika Respublikasının Rabitə və rəqəmsal texnologiyalar naziri Solli Malatsi ilə müsahibədə qeyd olunub ki, ölkə rəqəmsal infrastrukturun inkişafı, süni intellekt, peyk rabitəsi iqtisadi artımın əsas hərəkətverici qüvvələri kimi müəyyənləşdirib Litvanın iqtisadiyyat və innovasiyalar naziri Edvinas Qrikşas ilə müsahibədə ölkənin inkişaf strategiyasının süni intellekt, biotexnologiya, FinTech, mikroelektronika və “yaşıl” iqtisadiyyat kimi yüksək texnologiyalara əsaslandığı bildirilib. Qeyd olunub ki, “LitAI” layihəsi və süni intellekt infrastrukturunun inkişafı ölkənin texnoloji suverenliyini gücləndirməyə, AI texnologiyalarının tətbiqini sürətləndirməyə və Avropa tənzimləmə normalarını rəqabət üstünlüyünə çevirməyə xidmət edir Latviyanın ağıllı idarəetmə və regional inkişaf naziri Raimonds Çudars ilə müsahibədə ölkənin Avropa İttifaqında elektron hökumət sahəsində lider mövqelərdən birini tutduğu vurğulanıb. Bildirilib ki, Latviyada rəqəmsal dövlət xidmətlərinin əlçatanlıq səviyyəsi vətəndaşlar üçün 93,5 faiz, biznes üçün isə 96,3 faiz təşkil edir Estoniyanın ədliyyə və rəqəmsal inkişaf naziri Liisa-Li Pakosta ilə eksklüziv müsahibədə qeyd olunub ki, “EU AI Act” çərçivəsində ölkə innovasiyalar və təhlükəsizlik arasında balansı qoruyan tənzimləyici “sandbox” mexanizmlərini inkişaf etdirir. Estoniya həmçinin “X-Road” platforması və beynəlxalq əməkdaşlıq proqramları vasitəsilə rəqəmsal dövlət təcrübəsini digər ölkələrə ixrac etməyə davam edir Jurnalın tam versiyasını oxumaq üçün www.caspianenergy.media səhifəsinə keçid edə bilərsiniz Xatırladaq ki, “Caspian Energy Club”ın dəstəyi ilə dünyanın 74 ölkəsində yayımlanan və 20 ölkəsində əlavə çap olunan “Caspian Energy” jurnalının hər buraxılışında müxtəlif ölkələrin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələr, aparıcı ekspertlərin şərhləri və analitik materiallar dərc olunur. Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər, Qara dəniz və Baltik regionlarının investisiyalar, yaşıl iqtisadiyyat, ənənəvi və yaşıl enerji, sənaye və innovativ texnologiyalar üzrə beş aparıcı nəşr sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler