Bakı dünyanın görüşdüyü yerdir - FAKTLAR
Dəyişən dünyada Bakı da dəyişir. İndi Bakı qlobal siyasi və iqtisadi proseslərin kəsişdiyi strateji platformaya çevrilib. Bu gün şəhər beynəlxalq diplomatiyanın, çoxtərəfli əməkdaşlığın və geosiyasi dialoqun aktiv mərkəzlərindən biri kimi çıxış edir. Hər gün Azərbaycana müxtəlif səviyyələrdə xarici

Dəyişən dünyada Bakı da dəyişir. İndi Bakı qlobal siyasi və iqtisadi proseslərin kəsişdiyi strateji platformaya çevrilib. Bu gün şəhər beynəlxalq diplomatiyanın, çoxtərəfli əməkdaşlığın və geosiyasi dialoqun aktiv mərkəzlərindən biri kimi çıxış edir. Hər gün Azərbaycana müxtəlif səviyyələrdə xarici qonaqların gəlməsi bu reallığın vizual təsdiqidir. Prezidentlər, baş nazirlər, parlament üzvləri, konqresmenlər, iri biznes strukturlarının rəhbərləri, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri Bakıda mütəmadi olaraq toplaşır. Bütün bunlar sistemli şəkildə qurulmuş beynəlxalq mövqe göstəricisidir Azərbaycanın bu statusu qazanmasının arxasında ilk növbədə onun geostrateji yerləşməsi dayanır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi nöqtədə yerləşən ölkə nəqliyyat-logistika baxımından alternativsiz tranzit habına çevrilib. Orta Dəhliz layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi kimi təşəbbüslər Azərbaycanın qlobal ticarət xəritəsində rolunu ciddi şəkildə artırıb. İndi Bakı siyasətlə yanaşı, iqtisadi və logistika platforması kimi önə çıxır Digər tərəfdən, enerji təhlükəsizliyi faktorunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təminatında mühüm aktora çevrilib. Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən ixrac siyasəti Azərbaycanın enerji diplomatiyasını gücləndirir. Bu kontekstdə Avropa İttifaqı ölkələrinin, xüsusilə də enerji asılılığını diversifikasiya etməyə çalışan dövlətlərin Bakıya marağı artmaqdadır. ABŞ, Avropa, Çin, Rusiya kimi güc mərkəzlərinin Azərbaycana paralel maraq göstərməsi çoxvektorlu xarici siyasətin uğurlu nəticəsidir Bakı həm də siyasi balanslaşdırma modelinin uğurlu nümunəsidir. ABŞ-la strateji əməkdaşlıq fonunda Rusiya ilə münasibətlərin qorunması, eyni zamanda Çinlə iqtisadi tərəfdaşlığın genişləndirilməsi Azərbaycan diplomatiyasının çevikliyini nümayiş etdirir. İsrail və İran kimi bir-biri ilə ziddiyyətli aktorlarla paralel münasibətlərin saxlanılması isə xüsusi diqqətəlayiqdir. Bu, klassik balans siyasətindən daha çox “multivektor geosiyasi menecment” modelinə bənzəyir Qırx dörd günlük Vətən müharibəsi bu prosesdə dönüş nöqtəsi oldu. Azərbaycan yalnız ərazi bütövlüyünü təmin etmədi, həm də regionda yeni güc konfiqurasiyası formalaşdırdı. Müharibədən sonra yaranan reallıqlar Azərbaycanın siyasi çəkisini daha da artırdı. Odur ki, Bakı beynəlxalq gündəmin formalaşmasında iştirak edən aktora çevrildi. Bu kontekstdə Ermənistanın rolu isə ciddi şəkildə zəifləyib və daha çox periferiya ölkəsi kimi görünür Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın rolu da diqqət mərkəzindədir. Faktiki olaraq təşkilatın ideoloji və siyasi mərkəzləri Azərbaycan hesab olunur. Türk dünyasının inteqrasiyası prosesində Azərbaycanın təşəbbüskar mövqeyi onun regional liderliyini gücləndirir. Bakının bu aktivliyi siyasətlə paralel mədəni və iqtisadi inteqrasiyanın sürətlənməsinə səbəb olur Bakı həmçinin beynəlxalq tədbirlərin keçirildiyi əsas platformalardan birinə çevrilib. Müxtəlif forumlar, sammitlər, idman yarışları və mədəni tədbirlər Azərbaycanın “soft power” potensialını artırır. Qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu (WUF13) da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu kimi tədbirlər Azərbaycanın qlobal şəhər diplomatiyasına inteqrasiyasını sürətləndirir Mədəni diplomatiya aspektində də Bakı fərqlənir. Multikulturalizm modeli, dini tolerantlıq və sivilizasiyalararası dialoq platforması kimi çıxış etməsi Azərbaycanın beynəlxalq imicini gücləndirir, həm də humanitar güc mərkəzinə çevrildiyini göstərir Azərbaycanın bu mövqeyə yüksəlməsi təsadüfi hesab edilə bilməz. 2020-ci ilə qədər ərazi bütövlüyü pozulan bir ölkə kimi qəbul edilirdik. Ancaq 44 günlük zəfər dünyanın Bakıya yenidən baxmasını zəruri etdi. Bu, uzunmüddətli strateji planlaşdırmanın və effektiv dövlət idarəçiliyinin nəticəsidir. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu prosesin əsas drayveridir. Onun uzaqgörənliyi, siyasi iradəsi və beynəlxalq təcrübəsi Azərbaycanın mövqeyini inanılmaz şəkildə möhkəmləndirib Bu gün Azərbaycan “oyuna qoşulan” ölkələr sırasından çıxaraq, “oyun quran” ölkəyə çevrilib. Regionda təşəbbüslərlə çıxış edən, beynəlxalq gündəmi formalaşdıran aktor rolundadır. Bu da ölkənin qlobal miqyasda da söz sahibi olduğunu göstərir. Geosiyasi transformasiya dövründə Azərbaycanın mövqeyi daha da güclənir Yeni dünya nizamı formalaşarkən Bakı bu prosesin aktiv iştirakçısı və müəyyən mənada istiqamətverici elementidir. Görünən odur ki, proseslər Azərbaycanın gələcək perspektivlərini daha da genişləndirir. Cənubi Qafqazda liderlik faktiki olaraq Azərbaycana məxsusdur Nəticə etibarilə, Bakı bu gün dünyanın müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi nöqtədir. Burada mütləq vurğulanmalıdır ki, bu statusu tək coğrafi üstünlüklər vermir, bu yüksəklik ağır zəhmət, siyasi iradə, iqtisadi güc və strateji düşüncə ilə əldə olunub. Azərbaycanın yaratdığı bu model region üçün yeni standart müəyyən edir. Bakı indi qlobal proseslərin mərkəzlərindən biridir


