Tenqri
Ana Səhifə
Dünya

Bakı-Brüssel xəttində dinamika: Aİ-Azərbaycan strateji əməkdaşlığı dərinləşir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Qəbul zamanı Aİ-Azərbaycan münasibətləri - enerji, bağlantılar, TRİPP layihəsinin işləməsindən sonra yaranacaq yen

0 baxışpublika.az
Bakı-Brüssel xəttində dinamika: Aİ-Azərbaycan strateji əməkdaşlığı dərinləşir
Paylaş:

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Qəbul zamanı Aİ-Azərbaycan münasibətləri - enerji, bağlantılar, TRİPP layihəsinin işləməsindən sonra yaranacaq yeni imkanlar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin, Cənubi Qafqazda sülh prosesi müzakirə olunub. Kallasın səfəri Bakı-Brüssel xəttində münasibətlərin dinamikasının real nümunəsi hesab oluna bilər. Bu səfərdə ilk diqqətçəkən məqam Aİ-nin baş diplomatının Bakıya Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi İrəvandan - gəlməsidir. Kallasın İrəvan-Bakı marşrutu iki kontekstdə əhəmiyyətlidir: Birincisi, Aİ-nin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi və Cənubi Qafqaz siyasətində rəsmi Bakının mərkəzi rolunu qəbul etməsidir; İkincisi, Brüssel regional siyasətinə balanslı mövqedən yanaşır, bölgədə ayırıcı xətlər üzrə hərəkət etmir; Kallasın sələfi, erməni diasporu/lobbisinin direktivləri ilə hərəkət edən Cozep Borrelin dövründə bu yanaşma sərgilənmirdi. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynasa da, lobbi qruplarının Brüsselin siyasətini yönləndirmək cəhdləri Bakıya qarşı qərəzli mövqeni ön plana çıxarmış, nəticə etibarilə təkcə ikitərəfli münasibətlərdə problemlər yaranmamışdı, eyni zamanda Aİ-nin Cənubi Qafqazda mövcudluğu sual altına düşmüşdü. Borrel də daxil olmaqla lobbi maraqlarına xidmət edən siyasətçilər və bürokratların Aİ-nin rəhbərliyindən getməsi Bakı-Brüssel xəttində süni şəkildə yaradılmış problemləri də aradan qaldırdı. Aİ-Azərbaycan münasibətlərinin etimada əsaslanan dinamik inkişafı bunu aydın şəkildə göstərir. Hərçənd, lobbi maraqlarına xidmət edən anti-Azərbaycan şəbəkəsi hələ də Avropa təsisatlarında analoji fəaliyyətlərini davam etdirirlər. AŞPA-da Azərbaycana qarşı ədalətsiz münasibətdə, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamələrdə bunu görmək mümkündür. Avropa təsisatlarında mənzillənmiş anti-Azərbaycan şəbəkəsinin əsas məqsədi Bakı-Brüssel xəttində çatlar yaratmaqdır. Azərbaycanla münasibətlərin pisləşməsinin Aİ-nin regional siyasətinə zidd olsa da, lobbi şəbəkələri üçün vacib olan Avropanın maraqları yox, sifarişçilərin nə istədiyidir. Lakin Aİ-Azərbaycan münasibətlərindəki dinamika, icraedici strukturları, xüsusilə Avropa Komissiyası ilə davamlı əməkdaşlığı bu şəbəkənin təxribat planlarının baş tutmadığını təsdiqləyir. Azərbaycan-Avropa İttifaqı münasibətləri siyasi dialoq üzərində qurulub. Bu kontekstdə üç istiqamət xüsusilə əhəmiyyətlidir: enerji təhlükəsizliyi; nəqliyyat;; təhlükəsizlik; Enerji təhlükəsizliyi: Hazırda Avropanın 10 ölkəsi Azərbaycanın enerji resurslarının alıcısıdır. Bu ilin yanvar ayından etibarən Azərbaycan qazının Mərkəzi Avropa ölkələrinə çıxışı – Avstriya və Almaniyaya çatdırılması “Köhnə Qitə”də Bakının artan rolundan xəbər verir. Azərbaycan enerji təhlükəsizliyində Avropa üçün alternativ mənbə və etibarlı tərəfdaş rolunu oynayır. Bu, Kaya Kallas da daxil olmaqla Avropa rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib. Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarına çıxarılması perspektivləri Azərbaycanın əhəmiyyətini daha da artırır. Nəqliyyat və regional bağlantılar: Azərbaycan Avropa İttifaqının Asiyaya çıxış xəttində strateji hab rolunu oynayır. Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr – TRASEKA (Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi), Bakı-Tbilisi-Qars dəmir yolu, ümumilikdə Orta dəhliz marşrutu Aİ-nin diqqət mərkəzindədir. Azərbaycan-Ermənistan sülh razılaşmalarından sonra Cənubi Qafqazda kommunikasiyaların açılması, əsasən də TRİPP (Zəngəzur dəhlizi) layihəsinin işə düşməsindən sonra Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağındakı hab rolunu daha da artıracaq. Və Bakı-Brüssel xəttində davamlı əməkdaşlıq Avropa İttifaqının Azərbaycanın nəqliyyat potensialından yararlanmaq imkanlarını genişləndirir. Regional təhlükəsizlik: Avropa İttifaqı Cənubi Qafazda sülh və təhlükəsizlik dövrünü dəstəkləyir və anlayır ki, sülh gündəliyinin əsas təşəbbüskarı olan Azərbaycanla münasibətlər bu prosesdə həlledici rola malikdir. Hazırda Azərbaycan-Ermənistan sülh gündəliyi praktiki müstəvidə inkişaf edir. İki ölkənin cəmiyyətləri arasında etimad mühitinin güclənməsi məqsədilə qarşılıqlı səfərlər həyata keçirilir, o cümlədən, iqtisadi əlaqələr qurulur. Azərbaycanın Ermənistana tranzit qadağasını qaldırması, yanacaq və digər məhsulların ixracına strat verməsi, ümumiyyətlə qarşılıqlı maraqlar əsasında formalaşn münasibətlər regional sülhə mühüm töhfə verir. Yaxın şərqdə yaranmış böhranlı vəziyyətə görə Ermənistanın enerji qıtlığı ilə üzləşməsi riskindən xilas edən də Azərbaycan oldu. Bütün bunlar Azərbaycanın sülhə gündəliyinə sadiq olduğunu bir daha təsdiq edir. Prezident İlham Əliyev də Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci sammitində videobağlantı formatında çıxışı zamanı Azərbaycanın sülhə sadiq olduğunu bəyan etdi. Azərbaycan liderinin çıxışını yüksək qiymətləndirən Avropa İttifaqı regionda təhlükəsizlik arxitekturasının qurulmasında Bakının əhəmiyyətini anlayır. Azərbaycan və Avropa İttifaqı münasibətlərində qarşılıqlı maraqlara əsaslanan dinamik inkişaf Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzəsi, ümumilikdə Orta dəhliz marşrutunun keçdiyi böyük coğrafiyanın gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir. Asif Nərimanlı "Azərbaycan-İtaliya münasibətləri strateji və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib" Əliyev İrəvandakı tədbirdə “erməni tabuları”nı alt-üst etdi - Tarixi çıxış Okamponun Bakıya qarşı cinayət şəbəkəsi: Süni intellektdən istifadə edirlər - VİDEO Cənubi Qafqazda güc savaşı: Makronun Əliyevlə “telefon planı”nın arxasında nə var? Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq? Azərbaycanı Liviya və Suriya ssenarisinə sürükləmək istəyirdilər: Plan ifşa oldu Lalə Azərtaş yeni verilişlə geri dönür Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO) Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO Cəlilabadda gənc müəllim vəfat etdi Anası o uşaqdan imtina etdi Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO

Kaynak: publika.az

Diğer Haberler