Bakı-Belqrad uçuşları fonunda Serbiya mediası Azərbaycanın turizm imkanları ilə tanış olub
Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Serbiyadan olan media nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər Serbiyanın milli hava daşıyıcısı “Air Serbia” tərəfindən Bakı və Belqrad şəhərləri arasında birbaşa uçuşların başlamas

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Serbiyadan olan media nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər Serbiyanın milli hava daşıyıcısı “Air Serbia” tərəfindən Bakı və Belqrad şəhərləri arasında birbaşa uçuşların başlaması ilə əlaqədar təşkil olunub. Tanışlıq səfərində Serbiyanın nüfuzlu media qurumlarından 12 nümayəndə ilə yanaşı, “Air Serbia”nın 2 təmsilçisi də iştirak edib Səfər çərçivəsində nümayəndə heyəti Bakının əsas turizm məkanlarını ziyarət edərək İçərişəhər, Heydər Əliyev Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi və digər turizm potensialı yüksək olan ərazilərlə yaxından tanış olub Proqram çərçivəsində qonaqlar üçün şəhər turları təşkil olunaraq Azərbaycanın mədəni irsi və turizm imkanları barədə ətraflı məlumat təqdim edilib, eyni zamanda, milli mətbəxi əks etdirən qastronomiya üzrə master-klas keçirilib. Qonaqlara, həmçinin “Sea Breeze Resort” kompleksinin yay turizmi imkanları barədə ətraflı məlumat verilib Tanışlıq səfəri zamanı nümayəndə heyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində olub. Görüş zamanı idarənin rəisi Riad Qasımov tərəfindən Bakının 2040-cı il üzrə Baş planı təqdim edilib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva tərəfindən ölkəmizdə mayın 17-dən 22-dək keçiriləcək WUF13 tədbirinə hazırlıq prosesi barədə geniş məlumat verilib Səfər çərçivəsində qonaqlar “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olaraq burada həyata keçirilmiş və hazırda davam edən şəhərsalma işləri barədə məlumat əldə edib, ərazi üzrə gəzinti turunda iştirak ediblər Proqramın mədəni hissəsi çərçivəsində iki ölkə arasında mədəni əlaqələrin inkişafının nümunəsi olaraq Serbiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan-Serbiya birgə klassik musiqi konserti təşkil olunub Qeyd edək ki, Azərbaycan və Serbiya vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq olunur. Mayın 3-dən etibarən “Air Serbia” tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə həyata keçirilən birbaşa uçuşların iki ölkə arasında turizm mübadiləsinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


