Tenqri
Ana Səhifə
Dünya

Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib

Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi və yoxlama prosesinin sürətləndirilməsi məqsədilə yeni nəsil təhlükəsizlik texnologiyaları istifadəyə verilib Bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından bildirilib Məlumata ə

0 baxışreport.az
Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib
Paylaş:

Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi və yoxlama prosesinin sürətləndirilməsi məqsədilə yeni nəsil təhlükəsizlik texnologiyaları istifadəyə verilib Bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından bildirilib Məlumata əsasən, modernizasiya çərçivəsində terminalda həm sərnişinlərin yoxlanılması üçün "Rohde & Schwarz QPS201" millimetr dalğa texnologiyası əsaslı skanerlər, həm də əl yüklərinin yoxlanılması üçün kompüter tomoqrafiyası (CT) əsaslı yeni nəsil baqaj skanerləri quraşdırılıb "Rohde & Schwarz QPS201" sistemləri sərnişinlərin uçuş öncəsi yoxlanışının daha sürətli və dəqiq həyata keçirilməsinə imkan yaradır Avtomatlaşdırılmış təhlükə aşkarlama funksiyası potensial risklərin müəyyən olunmasını asanlaşdırır və əlavə əl yoxlamalarının sayını azaldır Eyni zamanda tətbiq olunan CT texnologiyası əl yüklərinin üçölçülü görüntüləmə əsasında analizini təmin edir. Yeni sistem sayəsində sərnişinlər elektron cihazları və mayeləri əl yüklərindən çıxarmadan təhlükəsizlik yoxlanışından keçə bilirlər ki, bu da yoxlama prosesinin sürətlənməsinə və sərnişin axınının daha səmərəli idarə olunmasına imkan yaradır Layihə ACI Europe, ICAO və TSA tərəfindən müəyyən edilmiş beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler