Tenqri
Ana Səhifə
Dünya

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Son illərdə qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyət qazandığı şəraitdə Orta Dəhliz Avrasiya məkanının ən perspektivli tranzit xətlərindən birinə çevrilib. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və illik yükda

0 baxışazertag.az
Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq
Paylaş:

Son illərdə qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyət qazandığı şəraitdə Orta Dəhliz Avrasiya məkanının ən perspektivli tranzit xətlərindən birinə çevrilib. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və illik yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirən mühüm addımdır. Bu proses Azərbaycanın Avrasiyanın aparıcı tranzit və logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində həyata keçirdiyi uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy söyləyib Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra təchizat zəncirlərində yaranan qırılmalar, Rusiya–Ukrayna müharibəsinin yaratdığı geosiyasi qeyri-müəyyənliklər və Qırmızı dənizdə müşahidə olunan təhlükəsizlik problemləri qlobal ticarət iştirakçılarını alternativ marşrutlar axtarmağa sövq edib. Xüsusilə Süveyş kanalı və Bab əl-Məndəb xəttində yaranan risklər Asiya ilə Avropa arasındakı ticarətin yalnız müəyyən marşrutlardan asılı qalmasının yaratdığı problemləri bir daha ortaya qoyub. Bu şəraitdə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz yalnız alternativ tranzit marşrutu deyil, eyni zamanda, Avrasiyanın gələcək iqtisadi və geosiyasi memarlığını formalaşdırmaq potensialına malik strateji bağlantı layihəsi kimi ön plana çıxır: “Orta Dəhlizin uğuru böyük ölçüdə onun malik olduğu nəqliyyat infrastrukturunun tutumundan və səmərəliliyindən asılıdır. Bu baxımdan BTQ dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatdırılması və tam gücü ilə istifadəyə verilməsi son dərəcə mühüm hadisədir. Gürcüstan hissəsində həyata keçirilən yenidənqurma işləri nəticəsində xəttin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilib. Beləliklə, BTQ xətti Orta Dəhlizin ən mühüm dar keçidlərindən birinin aradan qaldırılmasına töhfə verən yeni mərhələyə qədəm qoyub” Ekspert vurğulayıb ki, BTQ-nin tutumunun artırılması Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini də əhəmiyyətli dərəcədə gücləndirəcək. "Hazırda tranzit müddətləri, logistika xərcləri və marşrut təhlükəsizliyi qlobal logistika sektorunun əsas müəyyənedicilərinə çevrilib. Şimal Dəhlizin üzləşdiyi siyasi risklər və dəniz daşımalarında yaşanan problemlər fonunda BTQ-nin artan tutumu Orta Dəhlizin daha çox yük cəlb etməsinə və Avropa–Asiya ticarətində daha güclü alternativ kimi mövqelənməsinə imkan yaradacaq. Bu proses yalnız region ölkələrinin tranzit gəlirlərini artırmayacaq, eyni zamanda, dəhliz boyunca yerləşən logistika mərkəzlərinin və sənaye zonalarının inkişafını da sürətləndirəcək", - deyə o diqqətə çatdırıb Bahar Özsoy deyib ki, sözügedən inkişaf Azərbaycan üçün də mühüm strateji nəticələr doğurur. Son iyirmi ildə enerji ixracatçısı olmaqla yanaşı, regional bağlantı mərkəzi olmaq hədəfini həyata keçirən Azərbaycan nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar hesabına bu məqsədə addım-addım yaxınlaşır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər keçidli nəqliyyat layihələri və BTQ dəmir yolu birlikdə qiymətləndirildikdə, Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də Avrasiya logistika şəbəkələrinin əsas mərkəzlərindən birinə çevrilmək istiqamətində irəlilədiyi aydın görünür. BTQ-nin artan tutumu Azərbaycanın Şərq–Qərb ticarətindəki rolunu daha da gücləndirəcək, ölkənin tranzit gəlirlərinin, logistika xidmətlərinin və regional iqtisadi təsir imkanlarının genişlənməsinə şərait yaradacaq Ekspert bildirib ki, bu gün BTQ dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatdırılması yalnız texniki infrastruktur layihəsi kimi qiymətləndirilməməlidir. Bu inkişaf Orta Dəhlizin qlobal ticarət sistemində daha görünən mövqe qazanmasına, Türk dünyası ilə Avropa arasındakı iqtisadi inteqrasiyanın güclənməsinə və Azərbaycanın Avrasiyanın aparıcı tranzit-logistika mərkəzlərindən birinə çevrilməsi hədəfinə xidmət edir. Artan geosiyasi rəqabət və dəyişən qlobal ticarət dinamikləri nəzərə alındıqda, BTQ xəttinin yeni yükdaşıma potensialı qarşıdakı dövrdə Orta Dəhlizin beynəlxalq mövqeyini müəyyən edən əsas amillərdən biri olacaq “Qarşıdakı mərhələdə Xəzər keçidlərinin səmərəliliyinin artırılması, rəqəmsal gömrük tətbiqlərinin genişləndirilməsi və dəhliz boyunca logistika koordinasiyasının gücləndirilməsi kimi addımlar əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Fiziki infrastruktur investisiyalarının institusional əməkdaşlıq mexanizmləri ilə dəstəklənməsi Orta Dəhlizin Avrasiya ticarətindəki strateji rolunu daha da gücləndirəcək və regionun qlobal iqtisadi sistemdə əhəmiyyətini artıracaq”, - deyə o bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler