Tenqri
Ana Səhifə
Dünya

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Uşaqların hüquq düşüncəsinin formalaşdırılması, onların hüquq və vəzifələrini erkən yaşlardan dərk etməsi demokratik və hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsidir. Bu baxımdan, təqdim olunan “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatı və “Uşaqlar və Hüquq” kitabı cəmiyyə

0 baxışazertag.az
Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır
Paylaş:

Uşaqların hüquq düşüncəsinin formalaşdırılması, onların hüquq və vəzifələrini erkən yaşlardan dərk etməsi demokratik və hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsidir. Bu baxımdan, təqdim olunan “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatı və “Uşaqlar və Hüquq” kitabı cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıyan nəşrlərdir AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, hər iki nəşr uşaqlara hüquqi biliklərin daha sadə, anlaşıqlı və gündəlik həyat nümunələri əsasında çatdırılmasını nəzərdə tutur “Son illərdə həm ölkəmizdə, həm də dünyada baş verən hadisələr göstərir ki, uşaqların təhlükəsizliyinin təmin olunması yalnız müdafiə və nəzarət mexanizmləri ilə mümkün deyil. Bunun üçün hüquqi maarifləndirmə işinin gücləndirilməsi, hüquqi şüurun inkişaf etdirilməsi və hüquq mədəniyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə komitə sədri qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler