Bahar Muradova Şuşada vətəndaş qəbulu keçirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuşa şəhərində vətəndaş qəbulu keçirib Bildirilib ki, qəbula gələn şəhər sakinləri hər hansı bir fərdi problemlərinin və ya çətinliklərinin olmadığını, əsas məqsədlərinin görüşmək, fikir mübadiləsi aparmaq və göstərilən dö

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuşa şəhərində vətəndaş qəbulu keçirib Bildirilib ki, qəbula gələn şəhər sakinləri hər hansı bir fərdi problemlərinin və ya çətinliklərinin olmadığını, əsas məqsədlərinin görüşmək, fikir mübadiləsi aparmaq və göstərilən dövlət qayğısına görə təşəkkürlərini çatdırmaq olduğunu bildiriblər Vətəndaşlar doğma yurdlarında yaradılan yaşayış şəraiti, aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndiriblər Şuşada təhlükəsiz və rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərdən razılıqlarını ifadə edən sakinlər ailə təsərrüfatlarının yaradılması, şəhərin sosial həyatının inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüblər Onlar Şuşada uşaq bağçasının fəaliyyətə başlamasının və Şuşa–Xankəndi avtobus marşrutunun açılmasının məqsədəuyğun olacağını vurğulayıblar Səsləndirilən təkliflər qeydə alınaraq aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


