Tenqri
Ana Səhifə
Dünya

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Bu gün müzakirəyə çıxarılan qanun layihəsi çox vacib hüquqi dəyişiklikləri əks etdirən sənəd olmaqla, uşaqlarımızın gələcəyi, onların rəqəmsal mühitdə təhlükəsizliyi və dövlətimizin informasiya məkanının qorunması ilə bağlı məsələləri hədəfləyir. Çünki artıq böyüməkdə olan gənc nəslin, xüsusən də uş

0 baxışazertag.az
Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur
Paylaş:

Bu gün müzakirəyə çıxarılan qanun layihəsi çox vacib hüquqi dəyişiklikləri əks etdirən sənəd olmaqla, uşaqlarımızın gələcəyi, onların rəqəmsal mühitdə təhlükəsizliyi və dövlətimizin informasiya məkanının qorunması ilə bağlı məsələləri hədəfləyir. Çünki artıq böyüməkdə olan gənc nəslin, xüsusən də uşaqların həyatı yalnız fiziki mühitlə məhdudlaşmır. İndi onların daha çox formalaşdığı əsas məkan rəqəmsal dünyadır AZƏRTAC xəbər verir ki, bunu İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib O bildirib ki, rəqəmsal mühitə reallıq baxımından yanaşdıqda uşaqlar internet, sosial şəbəkələr, onlayn platformalar və süni intellekt sistemləri vasitəsilə həm öyrənir, həm ünsiyyət qurur, həm də şəxsiyyət kimi formalaşırlar. Onlar, həmçinin bu mühitdə görünməyən təhlükələrlə - dezinformasiya, zorakılıq və aqressiv məzmun, manipulyativ təsirlər, asılılıq yaradan rəqəmsal mexanizmlərlə üz-üzədir. Bu təsirlər isə yalnız fərdi deyil, həm də ciddi sosial nəticələr yaradır “Çünki bu mühitdə formalaşan uşaq, sabah ailəmizin və cəmiyyətin dəyərlər sistemini gələcəyə daşıyan vətəndaşlar olacaqlar. Hazırda bunu nəzərə alan dövlət yanaşması və qəbul edilmiş strateji qərarları dəyərləndirərək qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahə artıq sistemli dövlət siyasətinə çevrilib”, - deyə komitə sədri əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler