BƏƏ İranın hücumları nəticəsində dəyən ziyanı sənədləşdirmək üçün komitə yaradıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran hücumlarının vurduğu zərəri sənədləşdirmək və beynəlxalq səviyyədə hesabatlılıq proseslərinə dəstək vermək üçün milli komitə yaratmağa qərar verib BƏƏ-nin rəsmi agentliyi olan WAM-ın xəbərinə görə, vitse-prezident, baş nazirin müavini və Prezident Şurasının sə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran hücumlarının vurduğu zərəri sənədləşdirmək və beynəlxalq səviyyədə hesabatlılıq proseslərinə dəstək vermək üçün milli komitə yaratmağa qərar verib BƏƏ-nin rəsmi agentliyi olan WAM-ın xəbərinə görə, vitse-prezident, baş nazirin müavini və Prezident Şurasının sədri Mənsur bin Zayed Əl Nəhyan “təcavüz aktlarının, beynəlxalq cinayətlərin və onların nəticəsində dəymiş zərərlərin sənədləşdirilməsi üzrə milli komitənin yaradılması” haqqında qərar qəbul edib Qərara görə, bu addım “hüquq pozuntularının ən yüksək hüquqi və texniki standartlara uyğun sənədləşdirilməsinə institusional yanaşma”nı əks etdirir BƏƏ baş prokurorunun sədrlik edəcəyi komitə "İran hücumlarını, beynəlxalq cinayətləri və onların ölkə ərazisinə, vətəndaşlara, ziyarətçilərə və sakinlərə təsirlərini sənədləşdirməyə" cavabdeh olacaq Etibarlı sübutlara əsaslanan hərtərəfli milli reyestr sistemi yaratmağı qarşısına məqsəd qoyan komitəyə müxtəlif nazirliklərdən, federal və yerli qurumlardan nümayəndələr daxil olacaq. Beləliklə, təhlükəsizlik, məhkəmə, texniki və iqtisadi sahələrdə qurumlar arasında koordinasiyanın təmin edilməsi hədəflənir Komitənin vəzifələrinə İranın hücumları və hərbi əməliyyatlarının bütün təfərrüatlarını sənədləşdirmək, hadisələrin mahiyyətini və vaxtını yoxlamaq, texniki üsullardan istifadə etməklə insan, maddi və iqtisadi zərərlərin qiymətləndirilməsi, rəsmi qeydlər əsasında itki və xəsarətlərin müəyyən edilməsi daxildir BƏƏ-yə hücum və İranın açıqlaması İranın mayın 4-də BƏƏ və Omana pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi iddia edilib və BƏƏ Füceyrədəki neft sənayesi zonasında yanğın baş verdiyini və hücumda 3 nəfərin yaralandığını açıqlayıb BƏƏ Müdafiə Nazirliyi İrandan gələn 12 ballistik raketin, 3 qanadlı raketin və 4 İHA-nın hava hücumundan müdafiə sistemləri ilə ələ keçirildiyini açıqlayıb Ötən gün BƏƏ hava hücumundan müdafiə sistemlərinin raket təhlükəsinə qarşı işə salındığını, İran Silahlı Qüvvələri isə son günlər BƏƏ-yə qarşı heç bir hücum etmədiklərini açıqlamışdı İran Xarici İşlər Nazirliyi əvvəlki bəyanatında BƏƏ-ni “ABŞ və İsraillə şərikliyinə son qoymağa” çağırıb Əbu-Dabi administrasiyasının BƏƏ-yə raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar edildiyinə dair irəli sürdüyü iddiaların həqiqətə uyğun olmadığını əsas gətirən Tehran administrasiyası “İrana qarşı döyüşən tərəflərlə əməkdaşlığını və xüsusən də hücum edənlərin hərbi bazaları və avadanlıqlarına ev sahibliyi etməsini” pisləyib


