Tenqri
Ana Səhifə
Dünya

Babayev Azərbaycana ekstradisiya edilib

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və Birləşmiş Ərəb Əmirliklərində yerləşən Azərbaycan vətəndaşı vətəninə ekstradisiya edilib. Bu barədə haqqin.az-a Ədliyyə Nazirliyindən məlumat verilib Müəyyən edilib ki, Polad Murad oğlu Babayev 2022-ci ildən bir qrup vətənda

0 baxışhaqqin.az
Babayev Azərbaycana ekstradisiya edilib
Paylaş:

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və Birləşmiş Ərəb Əmirliklərində yerləşən Azərbaycan vətəndaşı vətəninə ekstradisiya edilib. Bu barədə haqqin.az-a Ədliyyə Nazirliyindən məlumat verilib Müəyyən edilib ki, Polad Murad oğlu Babayev 2022-ci ildən bir qrup vətəndaşı əlilliyə görə pensiya təyin etmək və ya işlə təmin etmək adı ilə aldadaraq vətəndaşların etibarından sui-istifadə edərək onlardan pul almaqda, onlara külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikası ƏM-in 178.2.1 və 178.2-ci maddələri ilə) təqsirli bilinir. O, həbs edilib Beynəlxalq prosedurlara uyğun olaraq lazımi sənədlər təqdim edildikdən sonra P.Babayevin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub

Kaynak: haqqin.az

Diğer Haberler