Baş Prokurorluq: Süni intellektdən istifadə etməklə icazəsiz səs və görüntü yaymaq cinayət məsuliyyətinə səbəb olur
Süni intellekt texnologiyaları hüquqi baxımdan müəyyən risklər də yaradır APA xəbər verir ki, bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev deyib O bildirib ki, bir sıra hallarda avtomat

Süni intellekt texnologiyaları hüquqi baxımdan müəyyən risklər də yaradır APA xəbər verir ki, bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev deyib O bildirib ki, bir sıra hallarda avtomatlaşdırılmış fişinq kampaniyalarının təşkili, dezinformasiyaların yayılması müşahidə olunur: “Bu texnologiyalar cinayətkarlar tərəfindən istifadə olunur. Kibertəhlükəsizliklə bağlı bir çox məlumatlar aşkarlanır. Süni intellektdən istifadə edərək bunlara qarşı mübarizə də effektiv nəticələr də verir" Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova da canlı yayımda bildirib ki, süni intellekt və digər proqramlardan istifadə etməklə şəxsin razılığı olmadan səsinin və görüntüsünün istifadə edilməsinə, foto və videoların yayılmasına görə cinyət məsuliyyəti müəyyən olunub: “Süni intellekt texnologiyalarından istifadə etməklə müvafiq seksual və pronoqrafik görüntülərin yayılmasına görə cinayət məsuliyyəti müəyyən olunub. Eyni zamanda bununla bağlı İnzibati Xətalar Məcəlləsində də müvafiq dəyişikliklər edilib"


