Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
BMT-nin Uşaq Fondunun 2025-ci il hesabatına görə, dünyada hər 4 dəqiqədən bir uşaqlar zorakılığa və cinayətə məruz qalır APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimind

BMT-nin Uşaq Fondunun 2025-ci il hesabatına görə, dünyada hər 4 dəqiqədən bir uşaqlar zorakılığa və cinayətə məruz qalır APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib O bildirib ki, ötən il dünyada 1,6 milyard uşaq evdə fiziki və psixoloji təzyiqlərlə üzləşib: “90 milyon uşaq 2025-ci ildə cinsi zorakılığa məruz qalıb. Bu statistika dünya miqyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Ancaq digər ölkələrlə müqayisədə bu sahələrdə Azərbaycanın vəziyyətini uğurlu hesab edə bilərik" Baş prokuror qeyd edib ki, 2025-ci ildə 18 yaşına çatmayan 478 şəxs cinayət məsuliyyətinə cəlb edilib: “Eyni zamanda 784 nəfər 18 yaşına çatmayan şəxs zərərçəkmiş qismində qeydə alınıb. Digər ölkələrlə müqayisədə bu rəqəm həyəcanverici deyil, amma istənilən halda bizi narahat edir. Əsas problemlərdən biri uşaqların hüquqi savadlılığının aşağı olması və bu prosesdə maarifləndirmə prosesinin zəif olmasıdır”


