Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
Prezident İlham Əliyevin tapşırığına və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev iyunun 12-də saat 10:00-da Nərimanov Rayon Prokurorluğunun inzibati binasında rayon

Prezident İlham Əliyevin tapşırığına və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev iyunun 12-də saat 10:00-da Nərimanov Rayon Prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nərimanov rayon sakinlərinin qəbulunu keçirəcək AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb Bildirilib ki, vətəndaşlar qəbulla bağlı Nərimanov Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin , , nömrəli və Bakı Şəhər Prokurorluğunun nömrəli telefonları, elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


