Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Daşkənd şəhərində işgüzar səfərdə olan Baş nazir Əli Əsədov iyunun 16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib Bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb Şavk

Daşkənd şəhərində işgüzar səfərdə olan Baş nazir Əli Əsədov iyunun 16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib Bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

