Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir
Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir. APA xəbər verir ki, bunu Baş nzzir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışında bildirib. “Ötən il Azərbaycan Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirməklə

Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir. APA xəbər verir ki, bunu Baş nzzir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışında bildirib. “Ötən il Azərbaycan Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirməklə investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraqla qarşılanıb. Bu uğurun məntiqi davamı olaraq cari ilin sentyabr ayında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Fürsətdən istifadə edərək bütün tərəfdaşlarımızı həmin forumda iştirak etməyə dəvət edirik”, - deyə Baş nazir bildirib. Əli Əsədov qeyd edib ki, bu gün dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir: “Bu kontekstdə maliyyə resurslarının səmərəli şəkildə birləşdirilməsini və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təmin edən birgə investisiya fondları mühüm alət kimi çıxış edir. Məhz bu yanaşmadan çıxış edərək Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir. Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla təsis edilmiş birgə investisiya fondları artıq bu gün iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və perspektivli sahələrə investisiyaların cəlb olunması üçün təsirli mexanizm rolunu oynayır”. Baş nazir nəzərə çatdırıb ki, son iyirmi il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından artıq investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür: "Ölkədə investor hüquqlarının etibarlı müdafiəsini, investisiyaların toxunulmazlığına təminat verilməsini, kapitalın sərbəst hərəkətini və bazarın bütün iştirakçıları üçün bərabər şərait yaradılmasını təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın mühüm rəqabət üstünlüklərindən biri onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir. Ardıcıl şəkildə həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Bu gün Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına əhəmiyyətli resurslar yatırmağa davam edir ki, bu da regional əlaqələrin möhkəmlənməsinə və biznes üçün imkanların genişlənməsinə xidmət edir” Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir Britaniyanın investisiya naziri: Azərbaycanla ticarət əlaqələrimiz daha da inkişaf edir Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanacaq MSK nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək IsDBI: Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi 4 trilyon dollar səviyyəsində qiymətləndirilir MN: Pirkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək Bərdədə 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO AMB sədri: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir Şükürbəyliyə növbəti köç karvanı yola salınıb - FOTO FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədirlər Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb G7 liderləri Ukraynaya HHM sistemlərinin tədarükünü artırmaq barədə razılığa gəliblər DÇ-2026: Messinin het-triki Argentinaya qələbə qazandırdı Vens: İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb Merz: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib Almaniya PUA-lardan müdafiəyə 16 milyard avro investisiya qoymaq niyyətindədir Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub - YENİLƏNİB Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
