Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır
Qlobal halal istehlak bazarının yaxın illərdə 6 trilyon dollara çatacağı proqnozlaşdırılır AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 20

Qlobal halal istehlak bazarının yaxın illərdə 6 trilyon dollara çatacağı proqnozlaşdırılır AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Nazirlər sessiyası: Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat” adlı sessiyasındakı çıxışında İİB-yə daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) müvəqqəti baş icraçı direktoru Xalid Xələfulla deyib “ICD adından Azərbaycan hökumətinə bu mühüm tədbirə ev sahibliyi etdiyinə, regional əməkdaşlığın, özəl sektorun inkişafının və halal iqtisadiyyat gündəliyinin təşviqinə verdiyi dəstəyə görə səmimi təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib Baş icraçı direktor bildirib ki, halal iqtisadiyyat bu gün qlobal iqtisadiyyatın ən dinamik inkişaf edən seqmentlərindən birinə çevrilib: “Bu anlayış yalnız qida və istehlak məhsulları ilə məhdudlaşmır. Halal iqtisadiyyat istehsal, logistika, farmasevtika, rəqəmsal həllər və dayanıqlı sənaye inkişafı kimi geniş sahələri əhatə edir. Qlobal halal istehlak bazarının yaxın illərdə 6 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu isə investisiya, əməkdaşlıq, sənayeləşmə və iqtisadi genişlənmə üçün böyük imkanlar yaradır. Lakin bu potensialın reallaşdırılması üçün daha güclü inteqrasiya, dəyər zəncirləri üzrə daha yaxşı əlaqələndirmə, özəl sektorun daha fəal iştirakı və ticarət-investisiya axınlarının artırılması vacibdir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

