Tenqri
Ana Səhifə
Dünya

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 15 illik yubileyinə həsr olunmuş “İdeyadan Layihəyə” müsabiqəsinin final mərhələsi keçirilib AzTU-dan AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd tələbələrin innovativ ideyalarının dəstəklənm

0 baxışazertag.az
AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub
Paylaş:

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 15 illik yubileyinə həsr olunmuş “İdeyadan Layihəyə” müsabiqəsinin final mərhələsi keçirilib AzTU-dan AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd tələbələrin innovativ ideyalarının dəstəklənməsi, onların layihə hazırlamaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi, eləcə də universitet-sənaye əməkdaşlığının gücləndirilməsidir Əvvəlcə müsabiqə çərçivəsində hazırlanmış innovativ həllər və layihələrin sərgisinə baxış keçirilib. Sərgidə AzTU-nun rektoru professor Vilayət Vəliyev, Müdafiə Sənayesi Nazirinin müşavirləri Arif Babayev və Osman Okur, nazirliyin məsul şəxsləri, müxtəlif müdafiə sənayesi müəssisələrinin və şirkətlərin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər Sərgi ilə tanışlıqdan sonra müsabiqənin final mərhələsinə start verilib. Tədbir müsabiqənin bütün mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlayıb AzTU-nun rektoru professor Vilayət Vəliyev bildirib ki, Xüsusi texnika və texnologiya fakültəsinin 15 illik yubileyi çərçivəsində il ərzində müxtəlif elm, tədris və innovasiya yönümlü tədbirlər həyata keçirilir. Rektor qeyd edib ki, müdafiə sənayesi üçün yüksəkixtisaslı kadr hazırlığı universitetin prioritet istiqamətlərindən biridir. O, bu kimi müsabiqələrin tələbələrin yaradıcılıq və innovativ düşüncə bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğulayaraq, təqdim olunan layihələrin gələcək inkişafının və davamlılığının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb Daha sonra çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev “İdeyadan Layihəyə” müsabiqəsi kimi təşəbbüslərin gənclərin innovasiya fəaliyyətinə cəlb olunmasında mühüm rolunu qeyd edib. O, müsabiqədə təqdim olunan layihələrin aktuallığını və praktiki əhəmiyyətini vurğulayıb. Bildirib ki, Xüsusi texnika və texnologiya fakültəsində 15 il ərzində ölkənin müdafiə sənayesi üçün çoxsaylı yüksəkixtisaslı mütəxəssislər hazırlanıb. Arif Babayev son illərdə fakültənin tədris, elmi-tədqiqat və sənaye əməkdaşlığı istiqamətlərində əldə etdiyi nailiyyətləri xüsusi qeyd edib Qeyd edək ki, müsabiqədə ümumilikdə 18 komanda və 60-dan çox tələbə iştirak edib. İştirakçılar 20-dən artıq mentorun dəstəyi ilə öz layihələrini formalaşdırıb Müsabiqə müddətində iştirakçılar üçün innovasiya, sahibkarlıq, startap ekosistemi, layihələrin kommersiyalaşdırılması, texniki layihələndirmə, təqdimat bacarıqları və digər istiqamətləri əhatə edən 12 təlim təşkil olunub. Təlimlər iştirakçıların həm texniki biliklərinin, həm də liderlik, komanda işi və təqdimat kimi yumşaq bacarıqlarının inkişafına yönəlib Final mərhələsində 8 komanda hazırladıqları layihələri münsiflər qarşısında təqdim edib. Layihələr innovativlik, texniki əsaslandırma, tətbiq imkanları, iqtisadi səmərəlilik və inkişaf perspektivləri üzrə qiymətləndirilib Qiymətləndirmənin nəticələrinə əsasən, “Əltey” komandası birinci, “X” komandası ikinci, “ApexMinds” komandası isə üçüncü yerə layiq görülüb Bundan başqa, müsabiqənin final mərhələsində iştirak edən münsiflər və müsabiqə müddətində tələbələrə müxtəlif təlimlər keçərək onlara dəstək göstərən mentorlar fəxri fərmanla təltif olunublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler