AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub
Azərbaycan Texniki Universitetinin (AzTU) komandası Tələbə Basketbol Liqasının qalibi olub Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakı İdman Sarayında keçirilən final qarşılaşmasında AzTU komandası Azərbaycan İdman Akademiyasının kollektivi ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keç

Azərbaycan Texniki Universitetinin (AzTU) komandası Tələbə Basketbol Liqasının qalibi olub Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakı İdman Sarayında keçirilən final qarşılaşmasında AzTU komandası Azərbaycan İdman Akademiyasının kollektivi ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici oyunda AzTU yüksək əzmkarlıq, peşəkar oyun və güclü komanda ruhu nümayiş etdirərək rəqibini 20 xal üstünlüklə məğlub edib (90:70) Final qarşılaşmasını izləyənlər arasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov və AzTU-nun rektoru Vilayət Vəliyev də olub. Onlar qalib komandanı qələbə münasibətilə təbrik edib, növbəti oyunlarda da uğurlar arzulayıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


