“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaşlarla görüşü iyunun 12-də saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Cəbrayıl şəhərində yerləşən inzibati binasında keçiriləcək “Azəriqaz”ın mətbuat xidmətindən AZ

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaşlarla görüşü iyunun 12-də saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Cəbrayıl şəhərində yerləşən inzibati binasında keçiriləcək “Azəriqaz”ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək “Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: ; ) müraciət edə bilərlər”,- deyə məlumatda qeyd edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


