Tenqri
Ana Səhifə
Dünya

"Azərişıq" Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir - VİDEO

Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir Qurumdan Publika.az-a verilən məlumata görə, kəndləri elektrik enerjisi ilə qidalandıran 10 kV-luq hava xətlərindən 7-də əsaslı təmir və yenidənqurma işləri aparılır Meşə zolaqlarında və mürəkkəb relyefi ilə seçilən digər

0 baxışpublika.az
"Azərişıq" Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir - VİDEO
Paylaş:

Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir Qurumdan Publika.az-a verilən məlumata görə, kəndləri elektrik enerjisi ilə qidalandıran 10 kV-luq hava xətlərindən 7-də əsaslı təmir və yenidənqurma işləri aparılır Meşə zolaqlarında və mürəkkəb relyefi ilə seçilən digər ərazilərdə, eləcə də nəqliyyat vasitələrinin qalxa bilmədiyi yüksəkliklərdə yeni metal dayaqlar əkilir, elektrik xətləri təmir olunur. Zərurət yaranan hissələrdə köhnə naqillərin əvəzinə 10 kV-luq müasir Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilir Həmçinin qarlı-şaxtalı havalarda ağac budaqlarının qırılaraq xətlərin üzərinə düşməsi və nəticədə qəza hallarının baş verməsinin qarşısını almaq üçün yaşıllıq zonalarında budanma işləri aparılır, meşə zolaqlarından keçən elektrik hava xətləri üçün dəhliz yaradılır. Bəzi ərazilərdə dayaqlar dağlıq və dağətəyi hissələrdən çıxarılaraq yol kənarlarında əkilir və xətlər yeni dayaqlara köçürülür. Məqsəd elektrik itkisi və qəza riskini azaltmaq, qarlı, şaxtalı, küləkli havalarda baş verə biləcək nasazıqları qısa vaxtda aradan qaldırmaq, texnikanın, canlı qüvvənin operativ hərəkətini təmin etməkdir Görülən işlər nəticəsində Lerikin Züvüc, Zövnə və Lüləkəran kəndlərinin də elektrik şəbəkəsi yenilənib. Lüləkəran kəndində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) çəkilib. Həmçinin 10 kV-luq xətlərdə də təmir işləri aparılıb, kənddə yeni smart sayğaclar, 2 ədəd Transformator Məntəqəsi (TM) quraşdırılıb "Azərişıq” Leriklə yanaşı ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi Cərimə sanksiyaları törədilə biləcək inzibati xətalara görə tətbiq olunacaq - Deputat Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirildi “Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib? Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi

Kaynak: publika.az

Diğer Haberler