Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Azərbaycan–Türkiyə münasibətləri adi dövlətlərarası əlaqələr çərçivəsinə sığmayan, tarixi yaddaşa, ortaq mədəniyyətə, dil və mənəvi bağlılığa söykənən nadir münasibətlər modelidir. Bu münasibətlərin mahiyyəti yalnız diplomatik protokollarda deyil, xalqların yaddaşında, tarixin sınaqlarında və müasir

0 baxışazertag.az
Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH
Paylaş:

Azərbaycan–Türkiyə münasibətləri adi dövlətlərarası əlaqələr çərçivəsinə sığmayan, tarixi yaddaşa, ortaq mədəniyyətə, dil və mənəvi bağlılığa söykənən nadir münasibətlər modelidir. Bu münasibətlərin mahiyyəti yalnız diplomatik protokollarda deyil, xalqların yaddaşında, tarixin sınaqlarında və müasir dövrün strateji reallıqlarında formalaşıb. “Bir millət, iki dövlət” fəlsəfəsi Azərbaycanla Türkiyə arasında əlaqələrin həm mənəvi, həm siyasi, həm də geosiyasi əsasını təşkil edir Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib O bildirib ki, tarixi baxımdan Azərbaycan və Türkiyə eyni sivilizasiya məkanının, türk-islam mədəniyyətinin və ortaq siyasi-mənəvi irsin daşıyıcısıdır. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə Osmanlı Türkiyəsinin Azərbaycana verdiyi dəstək bu qardaşlığın ən parlaq səhifələrindən biri kimi tarixə düşdü. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakının azad edilməsində oynadığı rol Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi baxımından mühüm hadisə idi. Bu hadisə iki xalq arasında təkcə siyasi deyil, həm də qan və taleyin birliyi üzərində qurulan qardaşlığın rəmzinə çevrildi Sovet dövründə Azərbaycanla Türkiyə arasında rəsmi siyasi əlaqələr məhdudlaşdırılsa da, mənəvi bağlar heç vaxt qırılmadı. Dil, ədəbiyyat, musiqi, ailə yaddaşı və milli şüur iki xalq arasında görünməz körpü rolunu oynadı. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra isə bu bağlar yenidən rəsmi dövlət siyasəti səviyyəsinə yüksəldi. Müstəqilliyin ilk illərində Azərbaycan üçün Türkiyə yalnız dost və qardaş ölkə deyil, həm də beynəlxalq arenaya çıxış, dövlət institutlarının qurulması, ordu quruculuğu, təhsil, iqtisadi əməkdaşlıq və diplomatik dəstək baxımından mühüm strateji tərəfdaş idi. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası bu münasibətlərin siyasi-fəlsəfi əsasını müəyyənləşdirdi. Məhz həmin dövrdən başlayaraq Azərbaycan–Türkiyə əlaqələri emosional qardaşlıq səviyyəsindən sistemli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi “Azərbaycan–Türkiyə münasibətlərində yeni tarixi mərhələ 44 günlük Vətən müharibəsi dövründə özünü göstərdi. Türkiyə Azərbaycanın haqq işinə ilk gündən açıq siyasi və mənəvi dəstək verdi. Bu dəstək yalnız iki dövlətin yaxınlığını deyil, həm də regionda yeni reallığın formalaşmasında Türkiyənin Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu münasibətlərin zirvə nöqtəsi oldu. Sənədin məhz Şuşada və Milli Qurtuluş Günündə imzalanması dərin siyasi və rəmzi məna daşıyırdı. Şuşa Azərbaycan xalqı üçün mədəniyyət, qürur və Zəfər rəmzidir. Bu şəhərdə imzalanan Bəyannamə Azərbaycan–Türkiyə qardaşlığını artıq hüquqi-siyasi baxımdan müttəfiqlik səviyyəsinə qaldırdı Şuşa Bəyannaməsinin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu sənəd Azərbaycan və Türkiyə münasibətlərinin bütün istiqamətlərini vahid strateji çərçivəyə saldı. Buraya siyasi dialoq, müdafiə və təhlükəsizlik, xarici siyasətin koordinasiyası, iqtisadiyyat, enerji, nəqliyyat, media, təhsil, mədəniyyət, humanitar sahə və Türk dünyası daxilində əməkdaşlıq daxildir. Bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yaranarsa, tərəflər birgə məsləhətləşmələr aparmalı və BMT Nizamnaməsinə uyğun şəkildə zəruri yardım göstərməlidirlər Bu baxımdan Şuşa Bəyannaməsi yalnız ikitərəfli sənəd deyil, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının mühüm elementi kimi qiymətləndirilməlidir. O, təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəd Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar regionun nəqliyyat və logistika xəritəsini dəyişdirib. Bu kontekstdə Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır”, - deyə A.Kərimli vurğulayıb Deputat qeyd edib ki, hazırda Azərbaycan–Türkiyə münasibətləri regional inteqrasiyanın, enerji təhlükəsizliyinin, nəqliyyat bağlantılarının və Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir. Orta Dəhliz, Bakı–Tbilisi–Qars xətti, TANAP, yaşıl enerji layihələri, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri bu əməkdaşlığın praktiki nəticələridir. Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa prosesində iştirakı, Füzuli Beynəlxalq Hava Limanı, Ağdamın baş planı və Zəngilan istiqamətində layihələr də bu tərəfdaşlığın real məzmununu göstərir. Azərbaycan və Türkiyə, eyni zamanda, Türk Dövlətləri Təşkilatının əsas aparıcı qüvvələrindəndir. Bu istiqamətdə əməkdaşlıq təkcə etnik-mədəni birlik deyil, həm də iqtisadi inteqrasiya, nəqliyyat marşrutları, enerji siyasəti və beynəlxalq platformalarda qarşılıqlı dəstək baxımından strateji əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi bu mənada Azərbaycan–Türkiyə münasibətlərini Türk dünyasının daha geniş inteqrasiya prosesinə bağlayan mühüm sənəddir “Azərbaycan–Türkiyə münasibətləri tarixdən gələn qardaşlığın müasir geosiyasi müttəfiqliyə çevrilmiş nümunəsidir. Bu münasibətlər 1918-ci ilin tarixi yaddaşından, 1991–1992-ci illərin müstəqillik və diplomatik başlanğıcından, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsindən, Vətən müharibəsinin sınağından keçərək Şuşa Bəyannaməsi ilə yeni zirvəyə yüksəldi. Şuşa Bəyannaməsi keçmişin qardaşlığını gələcəyin strateji yol xəritəsinə çevirən sənəddir. Bu gün Azərbaycan və Türkiyə yalnız iki dost ölkə deyil, eyni hədəflərə doğru addımlayan, regionda sülhün, təhlükəsizliyin və inkişafın əsas dayaqlarından birinə çevrilmiş müttəfiqlərdir”,-deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler