Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub
ABŞ-nin Nyu-York şəhərində yerləşən “Okeana” Teatrında “İpək Yolu – 2026” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib Bildirilib ki, festival Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Amerika Təşki

ABŞ-nin Nyu-York şəhərində yerləşən “Okeana” Teatrında “İpək Yolu – 2026” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib Bildirilib ki, festival Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Amerika Təşkilatları Alyansının dəstəyi, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovanın təşkilatçılığı ilə baş tutub Müxtəlif xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədbirə 300-dən çox iştirakçı qatılıb. Festivalda müxtəlif ölkələrin mədəniyyətləri, milli adət-ənənələri, musiqi və rəqsləri təqdim edilib “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin yetirmələrinin ifasında “Azərbaycan”, “Nəlbəki”, “Yallı” və Qafqaz rəqsləri alqışlarla qarşılanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


