Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH
Son otuz ildə Azərbaycanın keçdiyi inkişaf yolu müasir dövlət quruculuğu, iqtisadi modernləşmə və sosial rifahın yüksəldilməsi baxımından ardıcıl və məqsədyönlü siyasətin nəticəsi kimi diqqət çəkir. Müstəqilliyin ilk illərində üzləşilən ciddi siyasi, iqtisadi və sosial çətinliklərdən sonra ölkə qısa

Son otuz ildə Azərbaycanın keçdiyi inkişaf yolu müasir dövlət quruculuğu, iqtisadi modernləşmə və sosial rifahın yüksəldilməsi baxımından ardıcıl və məqsədyönlü siyasətin nəticəsi kimi diqqət çəkir. Müstəqilliyin ilk illərində üzləşilən ciddi siyasi, iqtisadi və sosial çətinliklərdən sonra ölkə qısa müddət ərzində sabitlik və inkişaf mərhələsinə keçid edərək regionun mühüm aktorlarından birinə çevrilib Bunu AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi oxşar problemlərlə üzləşən ölkələr üçün real və tətbiq edilə bilən modeldir “Bu modelin əsas mahiyyəti təbii sərvətlərin mövcudluğundan deyil, onların düzgün idarə olunması və strateji inkişaf məqsədlərinə yönəldilməsindən ibarətdir. Azərbaycanın təcrübəsi göstərir ki, resurslar şəffaf və planlı şəkildə idarə olunduqda onlar yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda, sosial sabitliyin, dövlət institutlarının güclənməsinin və uzunmüddətli inkişafın əsas dayağına çevrilir. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən iqtisadi tənəzzül və sosial problemlər sonrakı mərhələdə həyata keçirilən sistemli islahatlar nəticəsində aradan qaldırılıb. Xüsusilə enerji strategiyasının formalaşdırılması, beynəlxalq enerji layihələrində fəal iştirak və regional əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi dayanıqlığının əsasını qoyub. Enerji sektorundan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə idarə olunması ölkədə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Nəticədə müasir yol-nəqliyyat şəbəkələri, sənaye zonaları, logistika mərkəzləri və regionların inkişafını sürətləndirən sosial layihələr reallaşdırılıb. Azərbaycanın inkişaf modelinin mühüm istiqamətlərindən biri insan kapitalının gücləndirilməsidir. Təhsil sistemində aparılan islahatlar, yeni məktəb və universitetlərin yaradılması, gənclərin peşə bacarıqlarının artırılması və innovativ təhsilin təşviqi ölkənin gələcək inkişaf potensialını daha da möhkəmləndirib”, - deyə Aqil Camal əlavə edib İctimai birlik sədri vurğulayıb ki, səhiyyə sahəsində həyata keçirilən modernləşmə tədbirləri, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi əhalinin rifah səviyyəsinin artmasına mühüm töhfə verib. Bu, sosial dövlət modelinin formalaşmasını daha da sürətləndirib: “Son illərdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın iqtisadi modelini daha dayanıqlı və çevik hala gətirib. Kənd təsərrüfatı, sənaye istehsalı, turizm, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində əldə olunan nəticələr iqtisadiyyatın şaxələndirilməsini təmin edib. Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində aktiv iştirakı ölkənin geostrateji mövqeyini daha da gücləndirib. Bu, həm iqtisadi inteqrasiyanı sürətləndirib, həm də ölkəni regionun mühüm tranzit və əməkdaşlıq mərkəzinə çevirib. Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur. Bu siyasət regional sabitliyin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir Azərbaycanın beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı və qlobal platformalarda iştirakı ölkənin diplomatik nüfuzunu artıraraq onu etibarlı tərəfdaş kimi mövqeləndirib. Azərbaycanın inkişaf modeli təkcə iqtisadi artım göstəricilərinə əsaslanmır, eyni zamanda, sosial həmrəylik, dövlət institutlarının güclənməsi və idarəetmədə səmərəlilik kimi mühüm komponentləri də özündə birləşdirir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


