Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

Azərbaycanın qadın və kişi voleybolçulardan ibarət milli komandaları Avropa Liqasında birinci mərhələnin son oyunlarına çıxıblar AZƏRTAC xəbər verir ki, qadınlardan ibarət yığma Bakıda, GİN-in Voleybol Mərkəzində keçirilən qarşılaşmada Estoniya millisi ilə üz-üzə gəlib. Görüş komandamızın 3:0 hesab

0 baxışazertag.az
Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar
Paylaş:

Azərbaycanın qadın və kişi voleybolçulardan ibarət milli komandaları Avropa Liqasında birinci mərhələnin son oyunlarına çıxıblar AZƏRTAC xəbər verir ki, qadınlardan ibarət yığma Bakıda, GİN-in Voleybol Mərkəzində keçirilən qarşılaşmada Estoniya millisi ilə üz-üzə gəlib. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Azərbaycan millisi birinci mərhələni bir qələbə və bir məğlubiyyətlə başa vurub. Yığmamız əvvəlki oyunda İsveç seçməsinə 0:3 hesabı ilə uduzub Kişilərdən ibarət milli komandamız isə İsveçdə təşkil olunan turun son görüşündə ev sahibi yığma ilə qarşılaşıb. Matç İsveç millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan millisi birinci mərhələdə keçirdiyi hər iki oyunda məğlub olub. Komandamız daha əvvəl Yunanıstan yığmasına da uduzub Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisinin Avropa Liqasının ikinci mərhələsində keçirəcəyi oyunlar iyunun 12-14-də İspaniyada baş tutacaq. Yığmamız bu mərhələdə ev sahibi İspaniya və Şimali Makedoniya komandaları ilə üz-üzə gələcək Kişilərdən ibarət milli komandanın ikinci mərhələ oyunları isə eyni tarixlərdə Rumıniyada keçiriləcək. Azərbaycan yığması burada İspaniya və ev sahibi Rumıniya milliləri ilə qarşılaşacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler