Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Nazim Sadıqov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib Yüngül çəkidə çıxış edən idmançı gələn həftənin bazar günü Bakıda olacağını bildirib: "Keçmiş döyüşlər haqqında düşünmürəm. Dekabr a

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Nazim Sadıqov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib Yüngül çəkidə çıxış edən idmançı gələn həftənin bazar günü Bakıda olacağını bildirib: "Keçmiş döyüşlər haqqında düşünmürəm. Dekabr ayında məğlub oldum. Lakin bunu unudub qarşıdakı döyüşlər barədə fikirləşirəm. Mən yalnız zirvə üçün çalışıram. Mateus Kamilodan hər cəhətdən üstünəm. Mənim təcrübəm daha çox olduğu üçün favoritəm. Özümü güclü hiss edirəm. Növbəti qələbə reytinqimə də təsirsiz ötüşməyəcək. Bakıda olan döyüşlərdə sürprizlər gözlənilir. Vətənimdə döyüşmək gözəl hissdir. Xalqımı doğma arenada sevindirmək möhtəşəm duyğudur" N.Sadıqov braziliyalı rəqibi Mateus Kamilonun ilk raundda daha yaxşı təsir bağışladığını söyləyib: "Rəqibim fiziki cəhətdən güclüdür. Ayaq üstə döyüşməyi daha yaxşı bacarır. Amma məndən üstün cəhətlərinin olduğunu düşünmürəm" Qeyd edək ki, Bakıda UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


