Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub
17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının I mərhələsinin püşkü atılıb AFFA-dan AZƏRTAC-a bildirilib ki, püşkatma mərasimində Azərbaycan yığmalarının da rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-17 İ

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının I mərhələsinin püşkü atılıb AFFA-dan AZƏRTAC-a bildirilib ki, püşkatma mərasimində Azərbaycan yığmalarının da rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya kollektivləri ilə mübarizə aparacaq B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq Qeyd edək ki, oyunlar bu ilin payızında baş tutacaq. Matçların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


