Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb Federasiyadan AZƏRTAC-a bildirilib ki, idmançı qrup mərhələsində İsveç və Fransa təmsilçilərini məğlub edərək mərhələni lider kimi başa vurub O, pley-off mərh

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb Federasiyadan AZƏRTAC-a bildirilib ki, idmançı qrup mərhələsində İsveç və Fransa təmsilçilərini məğlub edərək mərhələni lider kimi başa vurub O, pley-off mərhələsində İsrail və Lüksemburq idmançıları üzərində də qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Fransa təmsilçisinə məğlub olan Azərbaycan idmançısı yarışı üçüncü pillədə tamamlayıb Qeyd edək ki, Onur Quluzadə hazırda Beynəlxalq Stolüstü Tennis Federasiyasının İsveçin Halmstad şəhərində təşkil etdiyi və iyunun 13-dək davam edəcək təlim-məşq toplanışında iştirak edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


