Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi anti-Azərbaycan qüvvələrin planlarını pozub - ŞƏRH

İki gün əvvəl “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Ermənistanın paytaxtı İrəvanda keçirildi və bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev onlayn qaydada iştirak etdi. Dövlətimizin başçısı kifayət qədər ciddi əhəmiyyətli, özündə mühüm mesajları əks etdirən çıxış etdi. 2022-ci ildə Ukr

0 baxışazertag.az
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi anti-Azərbaycan qüvvələrin planlarını pozub - ŞƏRH
Paylaş:

İki gün əvvəl “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Ermənistanın paytaxtı İrəvanda keçirildi və bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev onlayn qaydada iştirak etdi. Dövlətimizin başçısı kifayət qədər ciddi əhəmiyyətli, özündə mühüm mesajları əks etdirən çıxış etdi. 2022-ci ildə Ukrayna müharibəsi başladıqdan sonra Avropada Fransanın təşəbbüsü ilə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantıları keçirilir. “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı Avropa liderlərinin toplaşdığı və bu regiona aid olan məsələlərin, problemlərin müzakirəsi məqsədilə reallaşan bir platformadır. 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti bir sıra ciddi məsələlərə toxundu. Bunlardan biri də Azərbaycanla Avropa təsisatları, yəni Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasındakı münasibətlərdir. Həmin təsisatların anti-Azərbaycan, qərəzli və ədalətsiz fəaliyyətinin zaman-zaman şahidi olmuşuq Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib O qeyd edib: “2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Avropadan Azərbaycana qarşı xüsusi səfərbərlik müşahidə olunur. Bu səfərbərlik müxtəlif istiqamətlərdə özünü büruzə verir. Avropa Parlamentinin Azərbaycana münasibətdə qəbul etdiyi 14 qətnamə var. Təsəvvür edin ki, bir neçə il ərzində 14 qətnamənin qəbul edilməsi və Azərbaycanın hədəfə alınması ondan xəbər verir ki, Avropada anti-Azərbaycan mövqeyi gündən-günə artır. Ancaq Azərbaycanın əraziləri işğal altında olduğu 30 ilə yaxın bir müddət ərzində Ermənistana münasibətdə qətnamələrin və yaxud sənədlərin qəbul edilməsinin şahidi olmamışıq. Bu anti-Azərbaycan mövqeyi təkcə sənədlərdə ehtiva olunmur, həm də fəaliyyətdə, bəyanatlarda, çıxışlarda və digər məqamlarda öz əksini tapır” Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Avropa Şurası Parlament Assambleyası və Avropanın digər təsisatları ilə münasibətlərini yalnız bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı maraqlara xidmət, hörmət, o cümlədən də daxili işlərə qarışmama səviyyəsində qurmaq niyyətindədir. Bunu biz həmişə açıq şəkildə bəyan etmişik. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında verdiyi mesajlar da bir daha göstərdi ki, Azərbaycanın mövqeyində zərrə qədər dəyişiklik yoxdur “Həmin qüvvələr Cənubi Qafqazda heç vaxt sülhü dəstəkləməyiblər. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsini öz planlarında görməyiblər və bu, əksinə onların planlarının pozulması deməkdir. Ümid edirik ki, Avropadan olan bəzi anti-Azərbaycan meyilli qüvvələr öz niyyətlərindən əl çəkəcəklər və Cənubi Qafqazdakı sülh prosesinə zərbə vuran addımlar bundan sonra davam etdirilməyəcək”, - deyə X.Bəşirov vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler