Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın qız boksçuları "Heydər Əliyev kuboku"nu 17 medalla ilk pillədə başa vurublar

Bakıda “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirdə yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub AZƏRTAC xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kiloqram), Aydan İsm

0 baxışazertag.az
Azərbaycanın qız boksçuları "Heydər Əliyev kuboku"nu 17 medalla ilk pillədə başa vurublar
Paylaş:

Bakıda “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirdə yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub AZƏRTAC xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kiloqram), Aydan İsmayıllı (48 kiloqram) və Səma Abbasova (66 kiloqram) turnirin qalibi adına yiyələniblər Yeganə Rəhimova (48 kiloqram), Fatimə Məmmədli (50 kiloqram), Cəmilə Muradlı (57 kiloqram), Rəmziyə Mirzəyeva (70 kiloqram) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kiloqram), Nurgül Ocaqova (48 kiloqram), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kiloqram), Alsu Yafarova (52 kiloqram), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kiloqram), Emiliya Beydullayeva (57 kiloqram) və Aynur Vəlizadə (63 kiloqram) bürünc medal qazanıblar Beləliklə, 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub. İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) qazanıb Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler