Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və tərəfdaş ölkələrlə birgə reallaşdırılan Cənub Qaz Dəhlizi Avrasiyanın ən mühüm enerji layihələrindən biridir. Təxminən 3500 kilometr uzunluğa malik bu dəhliz Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən strateji enerji xətti rolunu oynayır B

0 baxışazertag.az
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH
Paylaş:

Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və tərəfdaş ölkələrlə birgə reallaşdırılan Cənub Qaz Dəhlizi Avrasiyanın ən mühüm enerji layihələrindən biridir. Təxminən 3500 kilometr uzunluğa malik bu dəhliz Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən strateji enerji xətti rolunu oynayır Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib Onun sözlərinə görə, dəhlizin əsas seqmentləri olan TANAP və TAP Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. TANAP-ın illik ötürmə gücü 16 milyard kubmetr təşkil edir və gələcəkdə 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur “TAP kəmərinin ötürmə gücü isə 10 milyard kubmetrdir və mərhələli şəkildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Azərbaycanın enerji sektorunda əldə etdiyi nəticələr statistik göstəricilərdə də öz əksini tapır. 2025-ci ildə ölkədə 51 milyard kubmetrdən çox təbii qaz hasil edilib, bunun 25 milyard kubmetrdən çoxu ixrac olunub. İxracın 12,9 milyard kubmetri Avropa bazarlarının payına düşüb. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Almaniya və Avstriyanın da alıcı ölkələr sırasına qoşulması ixrac coğrafiyasının daha da genişləndiyini göstərir. 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Enerji Sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində qaz tədarükünün artırılması nəzərdə tutulur. 2021-ci ildə Avropaya təxminən 8 milyard kubmetr qaz ixrac edildiyi halda, 2025-ci ildə bu göstərici 13 milyard kubmetrə yaxınlaşıb. Ötən il Azərbaycan Aİ-nin ümumi qaz idxalında 8,1 faiz payla əsas təchizatçılardan biri olub. Azərbaycanın geostrateji mövqeyi ölkəni təkcə enerji istehsalçısı deyil, həm də mühüm tranzit mərkəzinə çevirib. Xəzərin şərq sahillərində yerləşən ölkələr — Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri Azərbaycan üzərindən keçən nəqliyyat və enerji marşrutlarına böyük maraq göstərirlər”, - deyə Rizvan Nəbiyev vurğulayıb Deputatın fikrincə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz ölkənin Şərq–Qərb bağlantısında rolunu daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də etibarlı tranzit ölkəsidir. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır: “Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP, TAP və Orta Dəhliz kimi layihələr ölkənin regional və beynəlxalq mövqeyini möhkəmləndirib. Bu layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, Türk dünyasının iqtisadi inteqrasiyasında və Mərkəzi Asiyanın qlobal bazarlara çıxışında mühüm rolunu daha da artırır. Nəticə etibarilə, enerji diplomatiyası ölkənin xarici siyasətinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın enerji strategiyası artıq yeni mərhələyə daxil olub. Ölkə təkcə karbohidrogen resursları ilə deyil, həm də böyük bərpaolunan enerji potensialı ilə diqqət çəkir. Rəsmi hesablamalara əsasən, Azərbaycanın quruda 35 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 giqavatdan artıq yaşıl enerji potensialı mövcuddur. Bu istiqamətdə mühüm layihələrdən biri 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış “Xəzər-Qara dəniz enerji kabeli” layihəsidir. Layihə yaşıl elektrik enerjisinin Cənubi Qafqazdan Avropaya ötürülməsini nəzərdə tutur və Avropa İttifaqı tərəfindən prioritet layihə kimi qiymətləndirilir. Bolqarıstanın da prosesə qoşulması layihənin genişlənmə perspektivlərini artırır” Rizvan Nəbiyevin fikrincə, Azərbaycanın yaşıl enerji sahəsində qarşıya qoyduğu hədəflər sürətlə reallaşdırılır. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatdırılması, 2032-ci ilədək isə bu göstəricinin 8 giqavata yüksəldilməsi planlaşdırılır “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidroenerji potensialı da sürətlə inkişaf etdirilir. Artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib və bu rəqəmin artırılması istiqamətində işlər davam etdirilir. Bu potensial Azərbaycanın neft və qaz ixracını tamamlayan yeni enerji mənbəyinə çevriləcək, ölkənin enerji balansında daha dayanıqlı və çoxşaxəli model formalaşdıracaqdır. Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin təminində mühüm rol oynayan, Avrasiyanın enerji və nəqliyyat xəritəsini formalaşdıran strateji dövlətlərdən biridir. Enerji diplomatiyası, genişlənən ixrac coğrafiyası və yaşıl enerji istiqamətində atılan addımlar ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir və uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirildiyini təsdiqləyir”, - deyə deputat əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler