Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Sozopol şəhərində keçirilən “Soleil” beynəlxalq festivalında iştirak edib AZƏRTAC xəbər verir ki, Azərbaycan gecəsi çərçivəsində Mərkəz Bolqarıstan və

0 baxışazertag.az
Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub
Paylaş:

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Sozopol şəhərində keçirilən “Soleil” beynəlxalq festivalında iştirak edib AZƏRTAC xəbər verir ki, Azərbaycan gecəsi çərçivəsində Mərkəz Bolqarıstan və Azərbaycan arasında mədəni paralellərə, eləcə də incəsənətin mədəniyyətlərarası dialoq vasitəsi kimi roluna həsr olunmuş “Azərbaycandan lavanda ilhamı” sərgisini təqdim edib Festivalın direktoru Aleksandrina İsaylova çıxışında göstərilən yüksək qiymətə görə Mərkəzə təşəkkürünü bildirib. O qeyd edib ki, Mərkəzin fəal iştirakı sayəsində festival iştirakçıları illər ərzində Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri və incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska festivalın təşkilatçılarını 15 illik yubiley münasibətilə təbrik edərək bildirib ki, “Soleil” festivalı illər ərzində yaradıcılıq mübadiləsini uğurla təşviq edən, müxtəlif ölkələrdən iştirakçıları dostluq, qarşılıqlı hörmət və mədəni müxtəliflik ruhunda bir araya gətirən nüfuzlu beynəlxalq mədəni tədbir kimi özünü təsdiqləyib. Xanım Şıqayeva-Mitreska təşkilatçılara uzunmüddətli əməkdaşlığa və Azərbaycan mədəniyyətinin Bolqarıstandakı beynəlxalq auditoriyaya təqdim olunmasına yaratdıqları imkanlara görə təşəkkür edib. O, bu tərəfdaşlıq sayəsində illər ərzində Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına, eləcə də xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edən çoxsaylı təşəbbüslərin həyata keçirildiyini qeyd edib Gecənin diqqətçəkən məqamlarından biri festivalın 15 illik yubileyi münasibətilə “Soleil” Fonduna Fəxri fərmanın təqdim olunması olub. Təltif Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən uzunmüddətli əməkdaşlığa, eləcə də beynəlxalq mədəni dialoqun və xalqlar arasında dostluğun inkişafına verdiyi töhfələrə görə təqdim edilib Sərginin açılışında Mərkəzin direktoru təqdim olunan əsərlərin Yeganə Kələntərlinin rəhbərlik etdiyi UNI KIDS CLUB-un uşaqları tərəfindən ərsəyə gətirildiyini qeyd edib. O bildirib ki, Bolqarıstan bütün dünyada lavanda tarlaları ilə tanınsa da, Azərbaycanda da hər il çoxsaylı ziyarətçiləri və təbiət gözəlliklərinin həvəskarlarını cəlb edən Lavanda festivalı keçirilir. Həmçinin vurğulanıb ki, ekspozisiya lavandanı gözəllik, harmoniya və ilham rəmzi kimi təqdim edir, Bolqarıstanla Azərbaycan arasında maraqlı mədəni əlaqələri nümayiş etdirir və məhz bu ortaq ənənə sərginin yaranmasına ilham verib Qeyd etmək lazımdır ki, sərgi Mərkəzin Bolqarıstan və Azərbaycanı birləşdirən ortaq mədəni simvolları üzə çıxarmaq və təqdim etmək istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin davamıdır. Bundan əvvəl reallaşdırılan oxşar layihə Bolqarıstanın rəmzlərindən olan qızılgülə və Azərbaycanın rəmzi sayılan xarıbülbül çiçəyinə həsr edilmişdi “Azərbaycandan lavanda ilhamı” sərgisi vasitəsilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi bir daha nümayiş etdirdi ki, mədəniyyət və incəsənət xalqlar arasında körpülər qurmağa, müxtəlif cəmiyyətləri birləşdirən ortaq dəyərləri üzə çıxarmağa qadirdir. “Soleil” festivalında iştirak Mərkəzin Bolqarıstanda Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin tanıdılması, eləcə də müasir akademik və ictimai mühitdə mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətinin növbəti mühüm addımıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler