Azərbaycanın iki yunan-Roma güləşçisi Avropa çempionu olub
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avrop

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək qitənin ən güclüsü ünvanına sahib çıxıb Pünhan Şahmarov (48 kiloqram) bürünc medal görüşündə ermənistanlı Mihran Tatoyana (1:3), Sadiq Vəlizadə (57 kiloqram) isə üçüncülük mübarizəsində gürcüstanlı Giorgi Vaşakmadzeyə (4:8) məğlub olub Raul Məmmədzadə (62 kiloqram) təsəlliverici görüşdə estoniyalı Artemi Yeremeyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, ermənistanlı Aleks Gevorqyana 5:8 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


