Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib AZƏRTAC xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb 50 kiloqramda Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən dünya çe

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib AZƏRTAC xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb 50 kiloqramda Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq Məhəmmədəli Aşırəliyev (60 kiloqram) də debütdə qələbə qazanıb. Yakub Krzpeiti (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçu 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə yollanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


