Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanın müasir enerji siyasətinin bünövrəsi 1990-cı illərin əvvəllərinə — ölkənin ağır sınaqlarla üzləşdiyi dövrə təsadüf edir. Həmin illərdə iqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın işğal siyasəti və bir milyondan artıq qaçqın və məcburi köçkün problemi fonunda ölkə üçün neft və qa

0 baxışazertag.az
Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH
Paylaş:

Azərbaycanın müasir enerji siyasətinin bünövrəsi 1990-cı illərin əvvəllərinə — ölkənin ağır sınaqlarla üzləşdiyi dövrə təsadüf edir. Həmin illərdə iqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın işğal siyasəti və bir milyondan artıq qaçqın və məcburi köçkün problemi fonunda ölkə üçün neft və qaz ehtiyatlarının beynəlxalq investisiyalara açılması tarixi və strateji seçim kimi çıxış edirdi Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib Onun sözlərinə görə, Azərbaycanın enerji infrastrukturu sahəsində ən mühüm nailiyyətlərindən biri Cənub Qaz Dəhlizinin yaradılmasıdır “Bu layihə müasir dövrün ən iddialı enerji infrastruktur təşəbbüslərindən biri kimi xarakterizə olunur. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrini özündə birləşdirən bu sistemin ümumi uzunluğu təxminən 3500 kilometr təşkil edir. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının o dövrdə Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda TANAP (Trans-Anadolu Təbii Qaz Boru Kəməri) layihəsi üzrə sənəd imzalanıb. Bu tarixi razılaşma iki qardaş ölkənin enerji sahəsində strateji əməkdaşlığının rəsmi təzahürü kimi qiymətləndirilir. Layihə üzrə illik 16 milyard kubmetr Azərbaycan qazının 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya nəql edilməsi nəzərdə tutulub ki, bu da Azərbaycanın Avropa qaz bazarında rolunu əhəmiyyətli dərəcədə gücləndirib. TANAP-ın davamı olan TAP (Trans-Adriatik Boru Kəməri) isə Azərbaycan qazının Yunanıstan, Albaniya və İtaliya üzərindən Cənub-Şərqi Avropaya çatdırılmasını təmin edir. Bu layihə ilə Azərbaycan ixrac coğrafiyasını genişləndirərək enerji təhlükəsizliyini və bazar diversifikasiyasını daha da möhkəmləndirib. Enerji ixracında bazarların şaxələndirilməsi müasir enerji siyasətinin əsas strateji prioritetlərindən biridir. 2024-cü ildə Azərbaycanın xarici bazarlara təbii qaz ixracı təxminən 25 milyard kubmetr təşkil edib. Bu həcmin 11,7 milyard kubmetri Avropaya, 9 milyard kubmetri Türkiyəyə, 2,2 milyard kubmetri isə Gürcüstana nəql olunub. Türkiyəyə TANAP vasitəsilə 5,1 milyard kubmetr qazın ötürülməsi isə bu strateji kəmərin əhəmiyyətini bir daha təsdiqləyir”,- deyə deputat vurğulayıb N.Həmzəyev əlavə edib ki, Azərbaycan qaz ixracının əsas mənbəyi olan “Şahdəniz” yatağı da ölkənin enerji potensialında xüsusi yer tutur. 2024-cü ilin sonunda yataqdan 237 milyard kubmetr qaz hasil edilməsi onun uzunmüddətli və dayanıqlı istehsal imkanlarını nümayiş etdirir: “Gələcəyə hesablanmış layihələr çərçivəsində 2025-ci ilin iyununda “Şahdəniz Kompressiya” layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi isə əlavə 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasilatına imkan yaradacaq. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, enerji layihələri təkcə iqtisadi deyil, həm də dərin geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Ceyhan neft kəməri Xəzər dənizini ilk dəfə Aralıq dənizi ilə birləşdirib, Bakı–Supsa kəməri isə Xəzər hövzəsinin enerji resurslarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasına şərait yaradıb” Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri ölkənin regional və qlobal miqyasda strateji mövqeyini daha da gücləndirib. Onun sözlərinə görə, bu layihələr Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu artırmaqla yanaşı, beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə də mühüm töhfə verir və enerji diplomatiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler