Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən mühüm nailiyyətlərdən biri enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində formalaşdırdığı uğurlu diplomatiya modelidir. Xəzər dənizinin sahilində yerləşən, lakin dünya okeanlarına birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycan enerji eh

0 baxışazertag.az
Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH
Paylaş:

Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən mühüm nailiyyətlərdən biri enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində formalaşdırdığı uğurlu diplomatiya modelidir. Xəzər dənizinin sahilində yerləşən, lakin dünya okeanlarına birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycan enerji ehtiyatlarının ixracı məsələsində mürəkkəb geosiyasi və geoiqtisadi çağırışlarla üzləşsə də, uzaqgörən siyasət nəticəsində bu məhdudiyyətləri strateji üstünlüyə çevirməyə nail olub Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib Onun sözlərinə görə, Azərbaycanın enerji strategiyasının uğurunun əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət və qarşılıqlı maraqlara əsaslanan regional əməkdaşlıq təşkil edir “Enerji ehtiyatlarına malik olmaq hər bir ölkə üçün üstünlük sayılsa da, həmin ehtiyatların dünya bazarlarına təhlükəsiz və davamlı şəkildə çatdırılması daha mürəkkəb prosesdir. Azərbaycanın dünya okeanlarına çıxışının olmaması enerji ixracı məsələsində əlavə diplomatik və siyasi səylər tələb edirdi. Rəsmi Bakı bu reallığı düzgün qiymətləndirərək qonşu dövlətlərlə etibarlı münasibətlər qurdu, regional əməkdaşlıq platformaları yaratdı və nəticədə enerji layihələrinin uğurlu icrasına nail oldu. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və TAP layihələri təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu layihələr müxtəlif dövlətlərin maraqlarını bir platformada birləşdirərək regionda qarşılıqlı etimad və əməkdaşlığın möhkəmlənməsinə xidmət edib. Azərbaycanın enerji diplomatiyasının fərqləndirici cəhətlərindən biri layihələrin yalnız milli maraqlara deyil, tərəfdaş ölkələrin də iqtisadi və strateji maraqlarına cavab verməsidir. Azərbaycan enerji siyasətini heç vaxt rəqabət və qarşıdurma üzərində qurmayıb. Əksinə, ölkə əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərini ön plana çıxararaq region dövlətlərini ortaq məqsədlər ətrafında birləşdirə bilib. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu etibarlı tərəfdaş kimi tanıdıb”, – deyə Cafer Dal qeyd edib Ekspertin fikrincə, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması Azərbaycanın enerji diplomatiyasının ən mühüm uğurlarından biridir. Bu layihə nəticəsində Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır Onun sözlərinə görə, Azərbaycanın son illərdə yaşıl enerji istiqamətində atdığı addımlar enerji siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, həmçinin yaşıl enerji ixracı ilə bağlı təşəbbüslər ölkənin gələcək enerji strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir: “Azərbaycan ənənəvi enerji resurslarının ixracı sahəsində qazandığı təcrübəni bərpaolunan enerji sektorunda da uğurla tətbiq edir. Bu gün ölkə həm karbohidrogen ehtiyatları, həm də yaşıl enerji potensialı hesabına regionun enerji mərkəzi statusunu daha da gücləndirir. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası modeli bir çox ölkələr üçün uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. Mürəkkəb geosiyasi şəraitdə milli maraqların qorunması, tərəfdaş ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindəndir. Məhz bu amillər ölkənin enerji sektorunda əldə etdiyi uğurların davamlılığını təmin edir və Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolunu daha da artırır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler