Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın enerji diplomatiyası Avropanın təhlükəsizlik strategiyasında mühüm yer tutur - ŞƏRH

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol beynəlxalq ekspert dairələri tərəfindən strateji əhəmiyyətli faktor kimi qiymətləndirilir Bu barədə AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı ekspert Canip Nuray bildirib Ekspert qeyd edib ki, son illərdə qlobal enerji bazarında baş ve

0 baxışazertag.az
Azərbaycanın enerji diplomatiyası Avropanın təhlükəsizlik strategiyasında mühüm yer tutur - ŞƏRH
Paylaş:

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol beynəlxalq ekspert dairələri tərəfindən strateji əhəmiyyətli faktor kimi qiymətləndirilir Bu barədə AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı ekspert Canip Nuray bildirib Ekspert qeyd edib ki, son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Azərbaycanın əhəmiyyəti daha da artıb və ölkə Avropa İttifaqının enerji təhlükəsizliyi siyasətində əsas tərəfdaşlardan birinə çevrilib Onun sözlərinə görə, dünyada enerji resurslarına çıxış uğrunda rəqabətin gücləndiyi, geosiyasi qarşıdurmaların enerji bazarlarına birbaşa təsir etdiyi mürəkkəb bir dövrdə etibarlı tərəfdaş amili xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycan uzunmüddətli, sabit və qarşılıqlı etimada əsaslanan enerji əməkdaşlığı modeli formalaşdıraraq Avropa üçün strateji əhəmiyyətini daha da artırıb: “Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də regional sabitliyin və beynəlxalq əməkdaşlığın mühüm aləti kimi həyata keçirir. Bakı tərəfindən yürüdülən çoxşaxəli enerji diplomatiyası həm region ölkələri, həm də Avropa dövlətləri arasında qarşılıqlı asılılıq və etimad mühitinin formalaşmasına töhfə verir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iri enerji layihələri Avrasiyanın enerji xəritəsini dəyişən mühüm geoiqtisadi platformaya çevrilib. Xüsusilə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Avropa bazarının alternativ enerji mənbələrinə çıxışını təmin edən əsas marşrutlar sırasındadır” Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi artıq yalnız enerji layihəsi deyil, eyni zamanda Avropa ilə Xəzər regionu arasında strateji bağlantı rolunu oynayır. Bu layihə vasitəsilə Azərbaycan qazının Avropa bazarına çatdırılması enerji təchizatının şaxələndirilməsi siyasətində mühüm nəticələr ortaya qoyub Canip Nuray vurğulayıb ki, Azərbaycanın qaz ixrac etdiyi Avropa ölkələrinin sayının artması ölkənin beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir. O bildirib ki, Avropa dövlətləri enerji təhlükəsizliyini təmin etmək üçün yeni və etibarlı tərəfdaşlara ehtiyac duyur və Azərbaycan bu baxımdan ən etibarlı ölkələrdən biri kimi qəbul edilir Ekspert əlavə edib ki, Avropa İttifaqı rəsmilərinin Azərbaycanla bağlı açıqlamalarında da bu yanaşma açıq şəkildə müşahidə olunur. “Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanı Avropa üçün vacib tərəfdaş kimi qiymətləndirib və enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb Canip Nurayın fikrincə, bu cür siyasi mesajlar Avropa İttifaqının Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu göstərir. O qeyd edib ki, Avropa üçün enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və siyasi sabitlik məsələsinə çevrilib. Bu səbəbdən etibarlı enerji tərəfdaşları ilə münasibətlərin gücləndirilməsi prioritet istiqamətlərdən biri hesab olunur Ekspert bildirib ki, Azərbaycanın geostrateji mövqeyi də ölkənin əhəmiyyətini artırır. Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat və enerji marşrutlarının üzərində yerləşən Azərbaycan həm enerji daşımalarında, həm də regional logistika sistemində mühüm tranzit mərkəzi funksiyasını yerinə yetirir Onun sözlərinə görə, Orta Dəhliz boyunca artan yükdaşımalar və regionda formalaşan yeni iqtisadi əməkdaşlıq formatları Azərbaycanın geoiqtisadi rolunu daha da gücləndirir. Bu isə enerji və nəqliyyat layihələrinin paralel şəkildə inkişafını sürətləndirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler