Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur
İnformasiya Texnologiyaları İnstitutunun GEANT Assosiasiyası ilə əməkdaşlığı Azərbaycanın elm və təhsil mühitinin Avropanın rəqəmsal akademik məkanına inteqrasiyasında mühüm rol oynayır. 2010-cu ildən etibarən başlayan bu beynəlxalq əməkdaşlıq nəticəsində “AzScienceNet” vasitəsilə ölkənin elm və ali

İnformasiya Texnologiyaları İnstitutunun GEANT Assosiasiyası ilə əməkdaşlığı Azərbaycanın elm və təhsil mühitinin Avropanın rəqəmsal akademik məkanına inteqrasiyasında mühüm rol oynayır. 2010-cu ildən etibarən başlayan bu beynəlxalq əməkdaşlıq nəticəsində “AzScienceNet” vasitəsilə ölkənin elm və ali təhsil müəssisələri üçün dayanıqlı və təhlükəsiz şəbəkə infrastrukturu formalaşdırılıb. Bu platforma Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq rəqəmsal tədqiqat şəbəkələrinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, əməkdaşlıq xüsusilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində fəaliyyət göstərən “EaPConnect” vasitəsilə daha da genişləndirilib. Eyni zamanda, Avropa İttifaqının “EU4Digital” proqramı çərçivəsində yüksəksürətli internet infrastrukturunun gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və bilik mübadiləsi imkanlarının artırılması istiqamətində mühüm nəticələr əldə olunub Rəqəmsal xidmətlər sahəsində “eduGAIN” və “eduroam” sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda onlarla ali təhsil və elmi müəssisə bu xidmətlərdən istifadə edir. Bu sistemlər alimlər və tələbələr üçün beynəlxalq miqyasda təhlükəsiz giriş və fasiləsiz əlaqə imkanları yaradır İnternet platformasında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan “LoLa” texnologiyasının tətbiqi də beynəlxalq əməkdaşlığın mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Bu, virtual mühitdə həm beynəlxalq, həm də ölkədaxili elmi-mədəni inteqrasiyanın yeni mərhələsi kimi dəyərləndirilir Qeyd olunub ki, ümumilikdə bu əməkdaşlıq Azərbaycanın elmi-texnoloji mühitini Avropa elmi məkanına inteqrasiya edən strateji rəqəmsal platformaya çevirib. Bu isə ölkədə rəqəmsal elm və təhsil sahəsinin inkişafına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və innovativ tədqiqat mühitinin güclənməsinə töhfə verir İnstitut bu istiqamətdə fəaliyyətlərin gələcəkdə daha da genişləndirilməsini prioritet istiqamət kimi müəyyən edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


