Tenqri
Ana Səhifə
İdman

Azərbaycanın dövlət qurumlarının əməkdaşları III Dünya Korporativ Oyunlarında uğur qazanıblar

Mərakeşdə keçirilən III Dünya Korporativ Oyunlarında Azərbaycan dövlət qurumlarının əməkdaşları uğurlu nəticələr əldə ediblər Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib Kişilər arasında voleybol və basketbol yarışlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları bütün

0 baxışreport.az
Azərbaycanın dövlət qurumlarının əməkdaşları III Dünya Korporativ Oyunlarında uğur qazanıblar
Paylaş:

Mərakeşdə keçirilən III Dünya Korporativ Oyunlarında Azərbaycan dövlət qurumlarının əməkdaşları uğurlu nəticələr əldə ediblər Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib Kişilər arasında voleybol və basketbol yarışlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıblar. FHN-in əməkdaşı Əli Bayramov isə stolüstü tennis yarışlarının bürünc medalını əldə edib SOCAR-ın minifutbol komandası 54 komandanın mübarizə apardığı yarışın final görüşündə Mərakeşi təmsil edən komandaya 1:0 hesabı ilə qalib gələrək III Dünya Korporativ Oyunlarının qalibi olub Şahmat yarışlarında Azərbaycan Dəmir Yollarının əməkdaşı Sənan Quluyev qızıl medal qazanıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler