Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI

Azərbaycanda dövlət borcu azalaraq 2026-cı il iyunun 1-nə 24,1 milyard manata düşüb Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında”

0 baxışmodern.az
Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI
Paylaş:

Azərbaycanda dövlət borcu azalaraq 2026-cı il iyunun 1-nə 24,1 milyard manata düşüb Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib Nazir bildirib ki, 2026-cı il yanvarın 1-nə dövlət borcu 26 milyard manat və ya ÜDM-in 20,1 faizi səviyyəsində olub. Bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azdır Sahil Babayev qeyd edib ki, dövlət borcunun həcmi azalmağa davam edib: “2026-cı il iyunun 1-nə dövlət borcu 24,1 milyard manata və ya ÜDM-in 18,4 faizinə bərabərdir. Bu göstərici Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinə görə dünyanın ən aşağı göstəriciyə malik ölkələrindən biri olduğunu göstərir” Nazirin sözlərinə görə, 2026-cı il yanvarın 1-nə borc portfeli 17,8 milyard manat daxili dövlət borcu və 8,2 milyard manat xarici dövlət borcundan ibarət olub. Cari ilin iyunun 1-nə isə daxili dövlət borcu 16,2 milyard manata, xarici dövlət borcu isə 7,9 milyard manata enib Maliyyə naziri dövlət borcunun xarici risklərə həssaslığının da azaldığını vurğulayıb “İstiqrazların orta ödəmə müddəti il ərzində 2,2 dəfə artaraq 3,3 ilə çatıb. Hazırda bu göstərici 3,83 ildir. Eyni zamanda, portfeldə 5 il və daha uzunmüddətli istiqrazların payı 0,6 faizdən 49 faizə yüksəlib”, - deyə o bildirib Sahil Babayev Azərbaycanın strateji valyuta ehtiyatlarının da artdığını diqqətə çatdırıb Nazirin sözlərinə görə, 2026-cı il iyunun 1-nə strateji valyuta ehtiyatlarının həcmi 88,4 milyard dollara çatıb “Bu vəsait xarici dövlət borcunu 19,2 dəfə üstələyir. Bu da ölkənin maliyyə dayanıqlığının mühüm göstəricilərindən biridir”, - deyə nazir qeyd edib S.Babayev əlavə edib ki, 2025-ci ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 8,5 milyard dollar həcmində transfert həyata keçirilib və bu göstərici proqnoz səviyyəsində icra olunub “Orta müddətli dövrdə məqsədimiz büdcənin neft gəlirlərindən asılılığını azaltmaqdır. Bu çərçivədə 2029-cu ilədək transfertlərin 6 milyard dollara endirilməsi nəzərdə tutulur”, - deyə o vurğulayıb Nazir bildirib ki, ötən il dövlət büdcəsi profisitlə icra olunub və gəlirlərin proqnozdan artıq daxil olması müsbət büdcə saldosunun formalaşmasına imkan verib Onun sözlərinə görə, cari xərclərin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi səviyyəsi artıq 92 faizə çatıb və bu göstəricinin 2029-cu ildə 100 faizə çatdırılması hədəflənir

Kaynak: modern.az

Diğer Haberler