Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanın bugünkü inkişafının, beynəlxalq nüfuzunun təməlində Heydər Əliyev siyasi kursu dayanır - RƏY

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm və taleyüklü mərhələlərini əhatə edir. Bu fəaliyyətə nəzər saldıqda aydın görünür ki, ölkəmizin bugünkü inkişafının, müstəqilliyinin möhkəmlənməsinin və beynəlxalq nüfuzunun təməlində məhz onun müəyyən etdiyi strateji

0 baxışreport.az
Azərbaycanın bugünkü inkişafının, beynəlxalq nüfuzunun təməlində Heydər Əliyev siyasi kursu dayanır - RƏY
Paylaş:

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm və taleyüklü mərhələlərini əhatə edir. Bu fəaliyyətə nəzər saldıqda aydın görünür ki, ölkəmizin bugünkü inkişafının, müstəqilliyinin möhkəmlənməsinin və beynəlxalq nüfuzunun təməlində məhz onun müəyyən etdiyi strateji siyasi kurs dayanır Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib O bildirib ki, 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev qısa müddət ərzində respublikanın iqtisadi, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük dönüş yaradıb: "ci illərdə Azərbaycan keçmiş ittifaq məkanında ən sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Yeni sənaye müəssisələri yaradıldı, minlərlə gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına şərait yaradıldı, milli kadr potensialı formalaşdırıldı. Bu dövrdə atılan addımlar gələcək müstəqil dövlət quruculuğu üçün möhkəm zəmin yaratdı" Deputat qeyd edib ki, müstəqilliyin ilk illərində isə Azərbaycan son dərəcə ağır sınaqlarla üz-üzə qalıb: "Ölkədə siyasi qarşıdurmalar, idarəetmə böhranı, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi hökm sürürdü. Xarici və daxili təhdidlər dövlətçiliyimizi ciddi təhlükə altına salmışdı. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yol verdiyi ciddi səhvlər, dövlət idarəçiliyində peşəkarlığın olmaması, orduda və dövlət institutlarında yaranan xaos ölkəni faktiki olaraq parçalanma həddinə gətirib çıxarmışdı. Bunun nəticəsində torpaqlarımız işğal olunur, ölkədə sabitlik pozulur, vətəndaşların gələcəyə inamı zəifləyirdi" Fatma Yıldırıb deyib ki, 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa nail olub: "Dövlətçiliyin əsasları möhkəmləndirildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, sabitlik təmin edildi, hüquqi dövlət quruculuğu prosesi başlandı. Məhz həmin illərdə müəyyən edilmiş inkişaf strategiyası Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdi. Təsadüfi deyil ki, 15 İyun tarixi xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur. Çünki həmin gün Azərbaycan dövlətçiliyinin taleyində həlledici dönüş nöqtəsi oldu. Ölkənin parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizi xilas etdi, sabitlik və inkişaf üçün möhkəm zəmin yaratdı. Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin inkişaf mərhələsinin başlanğıcı, xalqın öz gələcəyini qorumaq iradəsinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümü kimi tariximizdə xüsusi yer tutur" Deputatın sözlərinə görə, Heydər Əliyev siyasi kursu sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib və yeni mərhələyə yüksəldilib: "Azərbaycanın iqtisadi gücünün artırılması, müasir ordunun qurulması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində ölkəmiz öz tarixinin ən mühüm nailiyyətlərindən birinə imza atdı 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, ərazi bütövlüyümüzün və sonrakı mərhələdə suverenliyimizin tam bərpası Azərbaycanın güclü dövlət siyasətinin nəticəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi ədaləti bərpa etdi. Bu qələbə eyni zamanda Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, milli maraqlara söykənən siyasətin və güclü Azərbaycan ideyasının təntənəsi kimi tarixə yazıldı" Fatma Yıldırım qeyd edib ki, bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir: "Ölkəmiz müstəqil siyasət yürüdür, milli maraqlarını qətiyyətlə müdafiə edir, beynəlxalq aləmdə söz sahibinə çevrilib. Əldə olunan bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu dayanır Məhz buna görə də bugünkü müstəqil, suveren və qüdrətli Azərbaycan Heydər Əliyev siyasi irsinin, dövlətçilik məktəbinin və uzaqgörən siyasətinin ən parlaq təcəssümüdür" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Azərbaycanın bugünkü inkişafının, beynəlxalq nüfuzunun təməlində Heydər Əliyev siyasi kursu dayanır - RƏY | Tenqri