Azərbaycanın bu ərazisinə qar yağdı - Faktiki hava
İyunun 7-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən mə

İyunun 7-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə intensiv və güclü olub, Şahdağa isə qar yağıb Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib Qarın hündürlüyü Şahdağda 1 sm-dir Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm olub ki, bu da aylıq normanın 60%-ni təşkil edir Respublika ərazisində düşən yağıntının miqdarı: Oğuzda 53 (aylıq normanın 44%-i), Şəkidə 46 (aylıq normanın 45%-i), Qəbələdə 45 (aylıq normanın 40%-i), Zaqatalada 37 (aylıq normanın 29%-i), Göygöldə 33 (aylıq normanın 27%-i), Xaltanda 33 (aylıq normanın 36%-i), Balakəndə 31 (aylıq normanın 24%-i), Xınalıqda 25 (aylıq normanın 53%-i), Şahdağda 24 (aylıq normanın 51%-i), Qrızda 24 (aylıq normanın 26%-i), Gədəbəydə 22, Daşkəsəndə 20, Qusarda (Ləzə) 12, Qubada 10, Qaxda (Sarıbaş) 8, Şahbuz, Culfa, Astara, Şabran, İsmayıllıda 6, Zərdabda 5, Ağdamda 4, Xaçmaz, Altıağac, Naftalan, Lerikdə 3, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Qobustan, Mingəçevir, Goranboyda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Naxçıvan, Sədərək, Şəmkir, Tovuz, Şamaxı, Bərdə, Beyləqan, Yevlax, Göyçay, Beylaqan, İmişli, Neftçala, Ağsu, Yardımlı, Salyanda 1 mm-dək qeydə alınır İyunun 06-da saat 20:15-20:22 radələrində Zaqatala ərazisinə diametri 9 mm, saat 14:30 radələrində Tovuz rayonunun Göyəbaxan kəndinə, saat 20:56 radələrində isə Gədəbəyin Novosatovka kəndinə dolu düşüb Lerik, Balakən, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 33, Aran rayonlarıda 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti müşahidə olunub Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu Meteohəssas insanların nəzərinə Azərbaycanın bu ərazilərinə intensiv yağışlar yağır - FAKTİKİ HAVA Yayda Gədəbəyə dolu düşdü - VİDEO Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı Çarukyan: "Xalq cana yığılıb!" Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU Ermənistanda seçkilər zamanı texniki nasazlıqlar yarandı Azərbaycanın bu ərazisinə qar yağdı - Faktiki hava Mustafa Balkan oğlunun ölümündən 24 gün sonra dünyasını dəyişdi - Foto Tanınmış musiqiçinin oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR Məntəqə sədrləri və katib həbs olundu Ukrayna ilin əvvəlindən bəri beynəlxalq ehtiyatlarının 20%-ni itirib


