Azərbaycanın basketbol millisi Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
İyunun 7-14-də Gəncədə basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı baş tutacaq Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, komandanın baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı oyunçuları dəvət edib: Amil Həmzəyev, Kamran Məm

İyunun 7-14-də Gəncədə basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı baş tutacaq Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, komandanın baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı oyunçuları dəvət edib: Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz Toplanış yığmanın 2029-cu ildə baş tutacaq Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır Qeyd edək ki, Gəncə toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


