Tenqri
Ana Səhifə
Dünya

“Azərbaycanım” festivalı çərçivəsində müsabiqəyə 1200-dək əsər təqdim edilib

Xətai Sənət Mərkəzində “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunan “Azərbaycan musiqisi təsviri sənətdə” mövzusunda sərgilər açılıb Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyas

0 baxışazertag.az
“Azərbaycanım” festivalı çərçivəsində müsabiqəyə 1200-dək əsər təqdim edilib
Paylaş:

Xətai Sənət Mərkəzində “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunan “Azərbaycan musiqisi təsviri sənətdə” mövzusunda sərgilər açılıb Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya cəmiyyətinin Azərbaycan nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzi, dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir Müsabiqəyə 1200-ə yaxın Azərbaycan vətəndaşı və əcnəbi yeniyetmə müraciət edib. Azərbaycan musiqi alətləri, rəqsləri, xalq folkloru, musiqi tariximiz, vətənpərvərlik musiqiləri, xalq, müəllif və uşaq mahnılarına illüstrasiyalar və xəyali musiqi səhnələri kimi təsvirlər mayın 13-dən 15-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində sərgilənib Sərgilərdən hər yaş qrupu üzrə 10 müəllif iştirakçı mayın 23-də “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalına dəvət alacaq Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq mükafatlandırılacaq. Əsəri seçilən əcnəbi öz hesabına festivalda iştirak edə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler