Azərbaycan–Litva dostluğu və repressiya qurbanlarına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Yazıçılar Birliyi, Litva Respublikasının Bakıdakı səfirliyi və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan və Litva arasında dostluq münasibətlərinə, ortaq tarixi yaddaşa və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş genişmiqyaslı ədəbi-bədi

Azərbaycan Yazıçılar Birliyi, Litva Respublikasının Bakıdakı səfirliyi və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan və Litva arasında dostluq münasibətlərinə, ortaq tarixi yaddaşa və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş genişmiqyaslı ədəbi-bədii keçirilib 525.az xəbər verir ki, tədbir Azərbaycan və Litva Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Aparıcılar çıxış edərək qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu cür tədbirlər xalqlar arasında dostluğun möhkəmləndirilməsi, ortaq tarix və mədəniyyətin təbliği baxımından mühüm rol oynayır Çıxışlarda qeyd olunub ki, Azərbaycan və Litva xalqları tarix boyu oxşar talelər yaşamış, xüsusilə XX əsrdə siyasi repressiyaların ağır nəticələri ilə üzləşmişdir. Tədbirdə repressiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib Proqram çərçivəsində “Sözün represiyası” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, həmçinin Litva səfirliyi tərəfindən hazırlanmış videoçarx təqdim olunub. Məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, səhnəciklər və şeirlər izləyicilər tərəfindən maraqla qarşılanıb Tədbirdə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi görkəmli ədiblərin taleyinə toxunulub, eyni zamanda Litva tarixində repressiya qurbanı olmuş tanınmış şəxsiyyətlər də yad edilib. Şagirdlərin ifasında təqdim olunan Mikayil Musfiq ve Dilber Axundzade səhnəsi, Mikayil Müşfiqin şeirləri tədbirə xüsusi emosional təsir qatıb Rəsmi hissədə Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Litva səfiri Kestutis Vaşkeleviçus, məktəbin direktoru Leyla Fətiyeva, Milli Məclisin deputatları və tarixçi alimlər, Mikayil Müşfiq və Dilbər Axundzadənin ailə üzvləri çıxış edərək repressiya dövrünün tarixi dərslərindən danışıb, bu cür tədbirlərin gənc nəslin maarifləndirilməsində rolunu vurğulayıblar Tədbir çərçivəsində tanınmış incəsənət xadimlərinin ifaları, muğam və musiqi nömrələri, həmçinin Litva xalq rəqsi təqdim olunub. Sonda Azərbaycan Yazıçılar Birliyi və Litva səfirliyi tərəfindən bir sıra iştirakçılar diplomlarla təltif edilib Yekunda çıxış edənlər qeyd ediblər ki, keçmişin ağrılı səhifələrini unutmamaq, onlardan nəticə çıxarmaq və gələcək nəsillərə ötürmək mühüm əhəmiyyət daşıyır. Azərbaycan–Litva dostluğunun bundan sonra da inkişaf edəcəyi vurğulanıb


