Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia
“Ermənistan” blokundan baş nazirliyə namizəd, keçmiş prezident Robert Köçəryan seçiləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsini imzalayacağını açıqlayıb. Publika.az xəbər verir ki, Köçəryan seçki kampaniyasının sonuncu günündə seçicilərlə görüşdə bu haqda danışıb. Bildirib ki, Azərbaycanla sülh mü

“Ermənistan” blokundan baş nazirliyə namizəd, keçmiş prezident Robert Köçəryan seçiləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsini imzalayacağını açıqlayıb. Publika.az xəbər verir ki, Köçəryan seçki kampaniyasının sonuncu günündə seçicilərlə görüşdə bu haqda danışıb. Bildirib ki, Azərbaycanla sülh müqaviləsi “sülhü təmin edəcək düzəlişlərlə” imzalanacaq. “Əmin olun, bu mümkündür və buna nail olacağıq. Biz Ermənistanı müasir sənaye ölkəsinə çevirəcək, investisiyalar üçün cəlbedici edəcəyik. Bunu etmişdik, yenə edəcəyik. Biz Ararat dağı və ya kimliyimizi müəyyən edən məsələlərə qarşı mübarizə aparmayacağıq”, - o deyib. Köçəryanın Azərbaycanla sülh müqaviləsinin imzalanacağı haqda dedikləri Paşinyanın “revanşistlər hakimiyyətə gələrsə, müharibə olacaq” sözlərinə cavab hesab oluna bilər. Lakin onun dediyi “düzəlişlər” o deməkdir ki, hakimiyyətə gələcəyi təqdirdə, sülh razılaşmalarını yenidən nəzərdən keçirəcək və belə bir cəhd sülh prosesini poza, müharibə risklərini yarada bilər. Asif Azərbaycanda hazırlandığı iddia olunan seçki xəritəsi Ermənistanı qarışdırdı - FOTO Moskvadan İrəvana göndərilən məktubda nələr var? - Ermənistanda toqquşma Zaxarova elan etdi: Moskvanın İrəvandan əsas tələbləri nədir? Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? “Ermənistan tələdən xilas oldu” - Paşinyandan Qarabağla bağlı şok açıqlama - VİDEO Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir Onlar vəzifədən azad edildilər - Sərəncam Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia İlham Əliyev sərəncam imzaladı Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş Azərbaycanlıların öldüyü gəmini onlar vurub


